Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4386/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2021-ci il tarixli LLK00009 nömrəli və 11 dekabr 2021-ci il tarixli LLK00328 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 3598.3 manat məbləğində borcun və iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilən 40(qırx) manat 2(iki) qəpik məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçı “X3” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 11 oktyabr 2021-ci il tarixdə LLK00009 nömrəli və 11 dekabr 2021-ci il tarixdə LLK00328 nömrəli nisyə alqı-satqı müqavilələri (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. 11 oktyabr 2021-ci il tarixli LLK00009 nömrəli müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 01 ədəd “Vestel” markalı kondisioneri, 11 dekabr 2021-ci il tarixli LLK00328 nömrəli müqaviləyə əsasən isə satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 01 ədəd “Simfer” markalı qaz üstü cihazını və 01 ədəd “Simfer” markalı aspiratoru satmağı, cavabdeh isə LLK00009 nömrəli müqavilə ilə nəzərdə tutulan malın dəyərini satıcıya 17 ay ərzində 100 manat, sonuncu ay isə 101.99 manat olmaqla, cəmi 1801.99 manat məbləğində, LLK00328 nömrəli müqavilə ilə nəzərdə tutulan malların dəyərini satıcıya 17 ay ərzində 41 manat, sonuncu ay isə 42.98 manat olmaqla, cəmi 739.98 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqavilələrinə 2 saylı əlavədə, təhviltəslim aktında göstərilən 03 ədəd məişət avadanlıqları cavabdehə təhvil verilmişdir. Müqavilələrin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 11 oktyabr 2021-ci il tarixli LLK00009 nömrəli və 11 dekabr 2021-ci il tarixli LLK00328 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə qalıq borcu 2019.97 manat təşkil edir. Müqavilələrin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1578.33 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehin iddiaçı qarşısında 11 oktyabr 2021-ci il tarixli LLK00009 nömrəli və 11 dekabr 2021-ci il tarixli LLK00328 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə 2019.97 manat qalıq borcu, 1578.33 manat cərimə borcu olmaqla, cəmi 3598.3 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin surətini və məhkəmə bildirişini poçt vasitəsi ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli LKK00009 nömrəli Nisyə Alqı-Satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında dəyəri 1801.99 AZN olan məişət avadanlığının (kondisioner) 18 ay müddətinə nisyə satışı barədə razılaşma əldə olunmuşdur. İş materialında olan xx.xx.2021-ci il tarixli LKK00328 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında dəyəri 739.98 AZN olan məişət avadanlıqlarının (qaz üstü və aspirator) 18 ay müddətinə nisyə satışı barədə əlavə razılaşma bağlanmışdır. İş materialında olan xx.xx.2021-ci il tarixli LKK00009-Z nömrəli Zaminlik Müqaviləsindən görünür ki, X1 borclu Cavabdeh öhdəliklərinin icrasına görə satıcı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materialında olan Təhvil-Təslim Aktlarından görünür ki, müqavilələrdə nəzərdə tutulan "Vestel" markalı kondisioner, "Simfer" markalı qaz üstü və aspirator alıcı Cavabdeh təhvil verilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh LKK00328 və LKK00009 saylı müqavilələr üzrə əsas borc və hesablanmış cərimə daxil olmaqla ümumilikdə 3598.30 AZN (müvafiq olaraq 1060.70 AZN və 2537.60 AZN) ödənilməmiş borcu qalmışdır. İş materialında olan borcluya göndərilmiş bildirişlərdən görünür ki, tələb hüququnun "X3" MMC-yə keçməsi və borcun 3 gün ərzində ödənilməsi barədə Cavabdeh rəsmi xəbərdarlıq edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli "X3" MMC üzrə Poçt Göndərişlərinin Reyestrindən görünür ki, Cavabdeh ünvan 1i ünvanına rəsmi sənədlər göndərilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli 06/25-1 nömrəli Faktorinq Müqaviləsindən və razılaşma müqaviləsindən görünür ki, "xxxx" MMC borclu Cavabdeh qarşı olan pul tələbi hüququnu (portfelini) "X3" MMC-yə güzəşt etmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli Dövlət Rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı "X3" MMC tərəfindən Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 40.02 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, alqı-satqı müqaviləsi üzrə pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 421.3-cü maddəsinin tələbinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh oğlu kredit razılaşması üzrə öhdəliyini ödəməmişdir. Həmin kredit razılaşması üzrə 1578.33 manat cərimə məbləği müqavilənin Cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, həmin məbləğ faiz borcu ilə müqayisədə və ümumilikdə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Məhkəmə qərara gəlir ki, Cavabdeh maddi vəziyyəti nəzərə alınmaqla iddia tələbinin kredit razılaşması üzrə 1578.33 manat cərimə tutulmasına dair hissəsi əsas məbləğə nisbətdə qismən – 200 manat həddində təmin edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 oktyabr 2021-ci il tarixli LLK00009 nömrəli və 11 dekabr 2021-ci il tarixli LLK00328 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə 2019.97 manat qalıq borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 2219,97 manat pul vəsaiti və 40.02 (qırx manat iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı “X3” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4386/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4386/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver