Məhkəmə qərarları › İş №e-2(049)-4388/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4388/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4388/2025 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən LG TV, paltaryuyan SAMSUNG, 2 ədəd zəmanət + 2 il Xidmətin 2588.05 manat ödənilməmiş hissə, 258.81 manat cərimə, cəmi 2846.86 manat borc və 48.47 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində iddiaçıya lazımi qaydada məlumat verilməsinə baхmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə оnun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirib iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlıanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 48.47 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığına görə ödənilmiş 48.47 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı MMC-nın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC- tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 48.47 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar