Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4393/2025 10.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik mübahisələrə dair sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RSK5799012 nömrəli, 27 yanvar 2020-ci il tarixli müqavilə üzrə 978 manat əsas, 293 manat dəbbə pulu, 32.71 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1304 manat pulun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti qismən təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Elektron məhkəmə” informasiya sistemində edilən sorğudan müəyyən edilmişdir ki, ********** nömrəli ödəniş qəbzi Lənkəran Rayon Məhkəməsinin icraatında olan 2(049)-1224/2025 saylı mülki iş üzrə istifadə edilmişdir. Hazırki iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi barədə iş materiallarına sübut əlavə edilməmişdir. Odur ki, iddiaçının vəsatəti dövlət rüsumunun geri qaytarılması hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik mübahisələrə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4393/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4393/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver