Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4403/2025 12.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU LG, PALTARYUYAN LG üçün 3031.61 (üç min otuz bir manat, 61 qəpik) manat ödənilməmiş hissə, 303.16 (üç yüz üç manat, 16 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd SAMSUNG TV, 2 ədəd ZƏMANƏT + 3 İL xidməti üçün 2095.56 (iki min doxsan beş manat, 56 qəpik) manat ödənilməmiş hissə, 209.56 (iki yüz doqquz manat, 56 qəpik) manat dəbbə pulu xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG, ZƏMANƏT + 3 İL xidməri üçün 1420.02 (min dörd yüz iyirmi manat, 2 qəpik) manat ödənilməmiş hissə, 142 (yüz qırx iki manat) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG TV , ZƏMANƏT + 3 İL xidməti üçün 1137.42 (min yüz otuz yeddi manat, 42 qəpik) manat ödənilməmiş hissə, 113.74 (yüz on üç manat, 74 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən. SOYUDUCU SAMSUNG, ZƏMANƏT + 3 İL xidməti üçün 1000.98 (min manat, 98 qəpik) manat ödənilməmiş hissə, 100.10 (yüz manat, 10 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN LG üçün 694.23 (altı yüz doxsan dörd manat 23 qəpik) manat ödənilməmiş hissə, 69.42 (altmış doqquz manat, 42 qəpik) manat dəbbə, ümumilikdə 10317.80 manat borc və 120.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki mülki iş üzrə iddia ərizəsi İddiaçı MMC tərəfindən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmişdir. İş üzrə 12 yanvar 2026-cı il saat 10:20-yə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı nümayəndəsi və cavabdeh qanunamüvafiq qaydada məlumatlandırılaraq, bu barədə müvafiq bildiriş iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin iş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, onlar məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4403/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4403/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver