Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4425/2024 05.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, iddiaçı «Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi, Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-ci il tarixədək istehlak etdiyi təbii qaza görə yaranmış 702,82 manat debitor borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun cəmi 732,82 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X2 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kodu **********03940 olmaqla, 05.11..2024-cü il tarixli, XS-42-01260/24 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Ləhkəran rayonu, Bürcəli kəndi ünvanında yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 702,82 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb Cavabdehsayğac vasitəsilə istehlak etdiyi təbii qazın pulunu ödəməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 702,82manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış 05.11..2024-cü il tarixli, XS- 42-01260/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Həmin ərizə xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, e-2(049)- 4425/2024 nömrə ilə qeydə alınmışdır. İddiaçı «Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki ərizə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülənə kimi verildiyindən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər MPM-nin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9, 152.2, 152.3, 170.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı «Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2024-cü il tarixli, **********23 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30.00 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4425/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4425/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver