Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4464/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2025-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1436.9 AZN əsas, 215.5 AZN cərimə ümumilikdə 1652.4 AZN borcun və 36.52 AZN ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında ********* saylı, xx.xx.2025-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 1436,90 AZN məbləğdə SAMSUNG markalı soyuducu aylıq 120 manat ödəniş müəyyən edilməklə 12 ay müddətinə Cavabdeh satılmışdır. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 2155,00 AZN olsa da, cərimə məbləğinə 90% güzəşt tətbiq edilməklə, 215,50 AZN tələb olunur. Tutulmalı olan cəmi məbləğ 1652,40 AZN-dir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə bildirişi göndərilmiş, sonuncu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək, iddianı qəbul etmədiyini və müqavilə üzrə iddiaçıya beş ay 60 manat hissəhissə ödədiyini bildirərək, iddiaçının ərizəsinə iddia icraatı qaydasında baxılması barədə qəraradad qəbul olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-4464/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul olunmuşdur. Daha sonra Cavabdeh məhkəməyə ərizəylə müraciət edərək, göstərmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ondan müqavilə üzrə 1436.9 AZN əsas, 215.5 AZN cərimə, ümumilikdə, 1652.4 AZN borcun və 36.52 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsilə müraciət etmişdir. İddianı qəbul etmir. Müqavilə üzrə iddiaçıya beş ay 60 manat hissə-hissə ödəmişdir. "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ofisinə X3 ilə getmiş, X3 ona bildirmişdir ki, arvadı xəstədir, adına soyuducu götürmək istəyir və ayda 120 manat özü ödəyəcəkdir. İddiaçının nümayəndəsi və X3 razılaşmış, o da sənədləri imza etmişdir. Sənədlərə imza etsə də, iddiamı SAMSUNG soyuducunu ona verməmişdir. Onun yanında Cavid Abdullayevin göstərişi əsasında iddiaçı Samsung soyuducunu Lənkəran şəhərində yerləşən "KontaktHome" olan mağazaya göndərilmişdir. Həmin vaxtı Cavid 800 manat pul ona vermişdir. Həmin pulun dörd ayını hər ay 60 manat olmaqla, cəmi 240 manat ödəmişdir. X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Lənkəran ŞRPŞ-də cinayət işi açılmışdır. Həmin iş üzrə xx.xx.2025-ci il tarixli qərar ilə zərərçəkmiş qismində tanınmışdır. Cavid Abdullayev ifadəsində yuxarıda göstərdiyi faktları etiraf etmişdir. İstintaq orqanı həmin ifadəni ona verməmişdir. Hazırda zərərçəkmiş qismində tanınması haqqında xx.xx.2025-ci il tarixli qərar və ifadəni ərizəsinə əlavə edir. Mülki iş cinayət işinin istintaqı bitənədək dayandırılmalıdır. Mülki işinin dayandırılması barədə qərardad qəbul olunmasını və X2 Lənkəran ŞRPŞ-də istintaq zamanı verdiyi ifadəsinin də işə əlavə edilməsi üçün sorğu verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılıq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi satıcı alıcı İddiaçı MMCnin Cavabdeh 1 saylı əlavədə göstərilmiş məhsulu Alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyidir. 6 aprel 2025-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, 0,50 AZN ilkin ödəniş olunmaqla, müqavilə üzrə 1 436,99 AZN borc 12 ay müddətə, 120 AZN aylıq ödəniş şərtilə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanılması şərtilə Samsung RT42CG6420S9/WT soyuducu satılmışdır. 6 aprel 2025-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən məhsulun təhvil-təslim aktı müəyyən olunur. Cavabdeh tərəfindən Samsung RT42CG6420S9/WT soyuducunun alqı-satqı müqaviləsinə əsasən 1 436,99 AZN borc məbləğini 12 ay ərzində müvafiq qaydada hissəhissə ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə “İrşad Electronics MMC” tərəfindən ödəniş cədvəli tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyinə dair xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə 12 müddətə ödənilməli olan 1436.9 manat məbləğ üzrə 0 AZN, yəni heç bir ödəniş edilməmiş və 2155.00 manat cərimə məbləği olmaqla, ümumilikdə, 3591.90 manat borc hesablanmışdır. 12 noyabr 2025-ci il tarixli "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2025-ci il tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 1436.9 manat əsas borc və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış 2155 manat cərimə borcu, müqavilə üzrə cəmi 3591.9 manat borcun ödənilməsi tələb olunur. İddiaçı iddia ərizəsinin verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə 36.52 AZN dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş ərizəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan müəyyən olunur ki, Lənkəran ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 icraatında olan ********* saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyaların dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə Cavabdeh tərəfindən daxil olmuş ərizəylə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddiada göstərilən halları sübut edəcək kifayət qədər əsaslı sübutlar təqdim olunmuş, müqavilə üzrə İddiaçı MMC-yə beş ay 60 manat hissə-hissə ödənilməylə bağlı sübutları təqdim etmək Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Cavabdeh üzərinə düşür. Lakin iş materiallarından yuxarıda qeyd olunmuş müqavilə üzrə 5 ay ərzində 60 manat, ümumilikdə, 300 manat ödənilməsi müəyyən olunmur. Həmçinin eyni qaydada iddiaçının nümayəndəsi və X3 ilə razılaşması və soyuducunun ona təhvil verilməməsi barədə faktları təsdiq edəcək hallar müəyyən olunmur. Ümumiyyətlə, yuxarıda göstərilən müqaviləyə 1 saylı əlavədəki təhvil-təslim aktından yuxarıda göstərilən müqavilə üzrə soyuducunun Cavabdeh tərəfindən alındığı onun tərəfindən imzalanması müəyyən olunur. Qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə Cavabdeh tərəfindən daxil olmuş ərizədə göstərilənlər təzad yaradır. Belə ki, “müqavilə üzrə iddiaçıya beş ay 60 manat hissə-hissə ödənildiyi” qeyd olunsa da, ərizənin birinci abzasının sonuncu cümləsində “ona verilmiş 800 manat pulun dörd ayını ay 60 manat olmaq cəmi 240 manat ödədiyi” qeyd olunmuşdur. Mülki iş cinayət işinin istintaqı bitənədək dayandırılması məsələsilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin ərizədə qeyd olunan faktlar, işin icraatının dayandırılması üçün əhəmiyyət kəsb etməmişdir. Həmçinin ərizədə göstərilmiş faktlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində olan əqdlərin etibarsızlığına dair müddəaları istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən İddiaçı MMC-nin hazırki iddia ərizəsi üzrə tələb etdiyi 215.5 AZN cərimə pulu azaldılaraq, 143,70 AZN məbləğində pul vəsaitinin Cavabdeh tutulmasını ağlabatan hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 82.81 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1436.9 AZN əsas, 143,7 AZN cərimə ümumilikdə 1580.6 AZN borc və 36.52 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4464/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4464/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver