Məhkəmə qərarları › İş №e-2(049)-452/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-452/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-452/2023 13.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 143.9 manat əsas, 21.5 manat cərimə, cəmi 165.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 62.3 manat əsas, 9.3 manat cərimə, cəmi 71.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 174.9 manat əsas, 26.2 manat cərimə, cəmi 201.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 169.4 manat əsas, 25.4 manat cərimə, cəmi 194.8 manat ümumilikdə dörd müqavilə üzrə 550.5 manat əsas, 82.4 mnat cərimə, cəmi 632.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Fiver” markalı soba, “Panasonic” markalı mikserə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla cəmi 287.9 manat, xx.xx.2021-ci ilk tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Xiaomo” markalı mobil telefon, “Fakir” markalı blenderə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 77 manat olmaqla cəmi 917.3 manat 31.1- .2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefon, “EuroGold” markalı saç qurudan, “Vitek” markalı ütüyə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 354.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 30 manat olmaqla cəmi 349.4 manat, ümumilikdə dörd müqavilə üzrə 1909.5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli müqavilə üzrə xx.xx.2022-ci il tarixində 24 manat, xx.xx.2021-ci tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqavilə xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixində 30 manat, xx.xx.2021ci il tarixli ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrəsonuncu dəfə xx.xx.2022-ci il tarixində 30 manat və dörd müqavilə üzrə cəmi qalıq qalmış 550.5 manat borc qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsnin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, geckdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdeh gecikdirdiyi günlərin faktiki cərimə borcu dörd müqavilə üzrə 824 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər dörd müqavilə üzrə 824 manat təşkil etdiyi halda, humanizim prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 82.4 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borc xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borc xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 143.9 manat əsas, 21.5 manat cərimə, cəmi 165.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 62.3 manat əsas, 9.3 manat cərimə, cəmi 71.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 174.9 manat əsas, 26.2 manat cərimə, cəmi 201.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 169.4 manat əsas, 25.4 manat cərimə, cəmi 194.8 manat ümumilikdə dörd müqavilə üzrə 550.5 manat əsas, 82.4 mnat cərimə, cəmi 632.9 manat təşkil etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətində xx.xx.2021-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə, cəmi 288 manat məbləğində hesablanmış borcu "xxxx" MMC-yə qaytarmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 143.9 manat əsas borc, 215 manat məbləğində cərimə borcu, cəmi 358.90 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətində xx.xx.2021-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə, cəmi 917.3 manat məbləğində hesablanmış borcu "xxxx" MMC-yə qaytarmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 62.3 manat əsas borc, 93 manat məbləğində cərimə borcu, cəmi 155.30 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətində xx.xx.2021-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə, cəmi 355 manat məbləğində hesablanmış borcu "xxxx" MMC-yə qaytarmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 174.9 manat əsas borc, 262 manat məbləğində cərimə borcu, cəmi 436.90 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətində xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə etməklə, cəmi 349.49 manat məbləğində hesablanmış borcu "xxxx" MMC-yə qaytarmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 169.4 manat əsas borc, 254 manat məbləğində cərimə borcu, cəmi 423.40 manat borcu vardır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işin materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılmasıüçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında (nisyə) alqı-satqı müqaviləsinəəsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 143.9 manat əsas, 21.5 manat cərimə, cəmi 165.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 62.3 manat əsas, 9.3 manat cərimə, cəmi 71.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə, 174.9 manat əsas, 26.2 manat cərimə, cəmi 201.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 169.4 manat əsas, 25.4 manat cərimə, cəmi 194.8 manat ümumilikdə dörd müqavilə üzrə 550.5 manat əsas, 82.4 manat cərimə, cəmi 632.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar