Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4560/2025 23.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran Rayon Məhkəməsinin hakim Qasımov Muradağa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixli müqavilələr üzrə ümumilikdə 900.15 manat borc, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ Kod **********70118 HUAWEİ P SMART 2021 ,PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti TOSHİBA TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, ETİAS TV GLASS almış və nəticədə 900.15 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 558.9 manat (18 ay x 31.05 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********70118 HUAWEİ P SMART 2021 ,PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə 374.88 manat olmaqla ondan, 340.80 manat ödənilməmiş hissə, güzəşt olunaraq 34.08 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1049.94 (min qırx doqquz manat, 94 qəpik) manat (18 ay x 58.33 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBATV, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ETİAS TV GLAüSçSün ümumilikdə, 525.27 (beş yüz iyirmi beş manat, 27 qəpik) manat olmaqla ondan, 477.52 (dörd yüz yetmiş yeddi manat, 52 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 47.75(qırx yeddi manat 75 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ciü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmişdir, 160 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 412.42 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 160 manat, digər müqavilə üzrə ödədiyi məbləğ 572.42 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilədə göstərilən məhsulların alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 558.94 manatı hər ay 31.05 manat olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 1049.92 manatı hər ay 58.33 manat olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1049.94 manat dəyərində olan, 0 manat ödəyərək aldığı məhsul üçün 18 ay müddətinə hər ay 58.33 manat ödəməli olduğu halda, cəmi 572.42 manat ödəmiş və onun 477.52 manat əsas, 47.75 manat cərimə olmaqla cəmi 525.27 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə 558.90 manat dəyərində olan, 0.00 manat ödəyərək aldığı məhsul üçün 18 ay müddətinə hər ay 31.05 manat ödəməli olduğu halda, cəmi 218.10 manat ödəmiş və onun 340.80 manat əsas, 34.08 manat cərimə, cəmi 374.88 manat borc, hər iki müqavilə üzrə ümumilikdə 900.15 manat borc yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqaviləsində nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 900.15 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ABC Telecom” MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(049)-4560/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4560/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver