Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4748/2025 30.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh Əliməmməd qızından ödəniş üzrə 2865.00 (iki min səkkiz yüz altmış beş) manat məbləğində əsas borc, 7807.18 (yeddi min səkkiz yüz yeddi manat, on səkkiz qəpik) manat, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 (bir min yüz səksən dörd) manat ümumilikdə 11,856.18 (on bir min səkkiz yüz əlli altı manat on altı qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh Əliməmməd qızı (“Alıcı”) arasında avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B- 001-AAE-22 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Changan CS5S PLUS markalı, buraxılış ili 2022 olan (VİN:LS5A3DKEXA716284 – boz metalik), yeni və 0 km yürüş olan avtonəqliyyat vasitənsi Satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 4.090 (dörd min doxsan) manat ilkin ödəniş edildikdən sonra nəqliyyat vasitəsinin dəyərini təşkil edən 63.250 (altmış üç min iki yüz əlli) manat məbləğində pul vəsaitinin isə xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 986 (doqquz yüz səksən altı) manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh X1 tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra öhdəliklərini vaxtında icra etsə də, növbəti aylarda onun tərəfindən ödəniş həyata keçirilməmişdir (Maliyyə arayışı əlavə olunur). Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşlarımız tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdeh Əliməmməd qızı tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni avtomobilin qanuni sahibliyimizə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə), xx.xx.2025-ci il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-001-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildiririk ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2025-ci il tarixində İddiaçı MMC -nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2025-ci il tarixində təmir edilməklə 7807.18 (yeddi min səkkiz yüz yeddi manat, on səkkiz qəpik) manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə realzərər (delikt) dəymişdir. Eyni zamanda, cavabdeh tərəfindən son edilən ödəniş tarixindən (xx.xx.2025-cü il) avtomobilin geri götürüldüyü xx.xx.2025-ci il tarixinədək ödənişlər tam şəkildə həyata keçirilməmiş və nəticə etibarı ilə aprel, may ayları üzrə 2865.00 (iki min səkkiz yüz altmış beş) manat məbləğində əsas borcu, avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi məbləği 7807.18 (yeddi min səkkiz yüz yeddi manat, on səkkiz qəpik) manat, həmçinin borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1184 (bir min yüz səksən dörd) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh Əliməmməd qızı tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə11,856.18 (on bir min səkkiz yüz əlli altı manat, on altı qəpik) manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkımübahisəliməsələnin həlledilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-001-AAE-22 saylı Müqavilənin 3.2.2, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində cavabdeh olaraq həm Cavabdeh, həm də X1 qeyd edilmiş, eyni zamanda iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı Cavabdeh Əliməmməd qızından müvafiq məbləğdə pul tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən əsaslara görə hazırki vəziyyətdə iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmək üçün 125.57 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 125.57 manat dövlət rüsumu ona qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 125.57 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-4748/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4748/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver