Məhkəmə qərarları › İş №e-2(049)-508/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-508/2025

02.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-508/2025 02.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB, Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X2 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu, Xolmili kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş daş hasarın öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,00 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonası bərpa edildiyi üçün iddiadan imtina edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı İB-nin nümayəndəsi Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, **********25 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli, 10/3537 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-43/2-1446//2025 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Lənkəran X3 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin şimal istiqamətində (həyətə giriş qapısının yerləşdiyi yerdə) qaz kəmərinin (qaz kəmərinin hansı təzyiq və diametrdə olmasını müəyyən etmək mütəxəssisin imkanı xaricindədir) keçdiyi yerdə Cavabdeh tərəfindən daş sütunun (dəmir darvazanı sabitləmək üçün kənarından hörülmüş) inşa edilməsi və dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2- 1446/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən qaz kəmərinin ümumilikdə 3,8 m uzunluqda hissəsinin Cavabdeh istifadəsində olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1446/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən qaz kəmərinin ümumilikdə 3,8 m uzunluqda hissəsinin Cavabdeh istifadəsində (0,5 m hissəsinin inşa edilmiş daş sütunun altında, 0,5 m hissəsinin istifadəsində olan torpaq sahəsində-kəmərin üstü açıq olmaqla, 2,8 m hissəsinin isə istifadəsində olan torpaq sahəsində-kəmərin üstü örtülməklə) olan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Qaz kəmərinin həmin hissəsinin yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlaraä əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədiqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonası bərpa edildiyi üçün və iddiaçının hazırki iddia tələbinə hüquqi marağı aradan qalxdığından qeyd olunan ərizəyə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdə olan xx.xx.2024-cü il tarixli, **********25 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, **********25 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar