Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-536/2025 13.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Lənkəran X2 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yer üstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş daş hasarın öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,00 manat dövlət rüsümunun cavabdehdən tutularaq Azəriqaz İB-nin müvafiq ödəniş hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən mülki işə Ləkəran Rayon Məhkəməsində hazırlıq iclasında baxılan zaman İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Cavabdeh ilə İddiaçı Lənkəran X2 İdarəsinin əməkdaşları Lənkəran rayonu, Kərgəlan kəndində Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yer üstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında sonuncu tərəfindən tikilmiş daş hasar birgə baxış keçirmişlər və daha sonra İddiaçı İB-nin əməkdaşları sözügedən daş hasarı əvvəlki vəziyyətinə qaytarmışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə2 ərizəylə müraciət edərək Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yer üstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında daş hasarın əvvəlki vəziyyətinə gətirildiyini, bu səbəbdən də iddia ərizəsi və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh daş hasarın əvvəlki vəziyyətinə qaytarıldığını təsdiqləyərək iddia ərizəsinin hazırlıq iclasında geri qaytarımasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, iddiaçının ərizəsi qəbul edilməli, idda ərizəsi geri qaytarılmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat İddiaçı İB-yə geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-536/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-536/2025
13.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver