Məhkəmə qərarları › İş №e-2(049)-550/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-550/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-550/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 479.70 manat əsas 71.90 manat cərimə, cəmi 551.60 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.90 manat əsas, 2.80 manat cərimə, cəmi 21.70 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 61.90 manat əsas 9.2 manat cərimə, cəmi 71.10 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.50 manat əsas, 2.70 manat cərimə, cəmi 21.20 manat borc, ümumilikdə dörd müqavilə üzrə 579 manat əsas, 86.60 manat cərimə, cəmi 665.60 manat borc və 30.00 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2025-ci il tarixdə almış, lakin iddia tələbinə dair etirazlarını, dəlillərini, onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən həmin tarixdə dəyəri 1099.90 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən həmin tarixdə dəyəri 39.90 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən həmin tarixdə dəyəri 159.90 manat və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqaviləyə əsasən həmin tarixdə dəyəri 39.50 manat olan əşyaları iddiaçıdan satın almışdır. xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini hər ay 62 manat olmaqla 18 ay ərzində, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini hər ay 3 manat olmaqla 12 ay ərzində, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini hər ay 14 manat olmaqla 12 ay ərzində və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini hər ay 7 manat olmaqla 6 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya dörd müqavilə üzrə cəmi 579 manat ödənilməmiş borcu qalmış və borcun gecikdirilməsinə görə 86.60 manat cərimə hesablanmışdır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən dörd müqavilə üzrə cəmi 665.60 manat borc və 30.00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli, xx.xx.2023-cü il tarixli ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilələrə əsasən həmin tarixlərdə dəyəri 1099.90 manat, 39.90 manat, 159.90 manat və 39.50 manat olan əşyaları iddiaçıdan satın almışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərini hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 479.70 manat əsas, 71.90 manat cərimə, cəmi 551.60 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.90 manat əsas, 2.80 manat cərimə, cəmi 21.70 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 61.90 manat əsas, 9.2 manat cərimə, cəmi 71.10 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.50 manat əsas, 2.70 manat cərimə, cəmi 21.20 manat ödənilməmiş borcu qaldığını bildirərək cavabdehdən cəmi 665.60 manat borc və 30.00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 479.70 manat əsas, 71.90 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.90 manat əsas, 2.80 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 61.90 manat əsas, 9.2 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.50 manat əsas, 2.70 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə cəmi 665.60 manat məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30.00 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 479.70 manat əsas, 71.90 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.90 manat əsas, 2.80 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 61.90 manat əsas, 9.2 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 18.50 manat əsas, 2.70 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 665.60 manat və 30.00 manat dövlət rüsumu - cəmi 695.60 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar