Məhkəmə qərarları › İş №e-2(049)-597/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-597/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-597/2025 21.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 181,9 AZN əsas 27.2 AZN cərimə cəmi 209,1 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 54,3 AZN əsas 8,1 AZN cərimə cəmi 62,4 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli(nisyə) alqısatqı müqaviləsi üzrə 65,4 AZN əsas, 9,8 AZN cərimə, cəmi 75,2 AZN borc ümumilikdə üç müqavilə üzrə 301,6 AZN əsas, 45,1 AZN cərimə, 346,7 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı müddətli (nisyə) alqı-satqı müqavilələri ilə əsaslandırılmışdır:

1. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə məbləği: 219,99 AZN, müqavilənin aylıq ödənişi, müddəti: 19,00 AZN 12 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Philips markalı epilator. Son ödəniş məbləği və tarixi: 18,50 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 181,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 272,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir)% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 27,20 AZN tutulmalı olan cəmi məbləğ: 209,10 AZN

2. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı müqavilə məbləği: 614,79 AZN müqavilənin aylıq ödənişi, müddəti: 35,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): XİAOMİ markalı telefon. Son ödəniş məbləği və tarixi: 34,50 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 54,30 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 81,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir)% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 8,10 AZN tutulmalı olan cəmi məbləğ: 62,40 AZN

3. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə məbləği: 99,99 AZN müqavilənin aylıq ödənişi, müddəti: 17,00 AZN 6 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): HONOR markalı qulaqcıq. Son ödəniş məbləği və tarixi: 17,50 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 65,40 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 98,00 AZN nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir)% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 9,80 AZN tutulmalı olan cəmi məbləğ: 75,20 AZN təşkil edir. Göstərilən üç müqavilə üzrə 301.6 AZN əsas, 45.1 AZN cərimə, 346.7 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh xx.xx.2025-ci il tarixdə bildiriş və iddia ərizəsinin surətini poçt vasitəsi ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında Philips markalı epilator alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında XİAOMİ markalı telefon alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında HONOR markalı qulaqcıq alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan təhvil təslim aktından görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Philips markalı epilator, XİAOMİ markalı telefon və HONOR markalı qulaqcıq Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 181,9 manat əsas və 272,00 manat cərimə, cəmi 453,90 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 54,3 manat əsas və 81,00 manat cərimə, cəmi 135,30 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 65,4 manat əsas və 98,00 manat cərimə, cəmi 163,40 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 19 manat sonuncu ay isə 10,99 manat cəmi 219,99 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 35 manat sonuncu ay isə 19,79 manat cəmi 614,79 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 17 manat sonuncu ay isə 14.99 manat cəmi 99.99 manatı Cavabdeh İddiaçı MMC-yə ödəməli idi. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 181.9 AZN əsas 27.2 AZN cərimə cəmi 209.1 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 54.3 AZN əsas 8.1 AZN cərimə cəmi 62.4 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 65.4 AZN əsas, 9.8 AZN cərimə, cəmi 75.2 AZN borc ümumilikdə üç müqavilə üzrə 301.6 AZN əsas, 45.1 AZN cərimə, 346.7 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar