Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-624/2024 27.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə T Ə S V İ R İ H İ S S Ə: MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 fevral 2023cü il tarixli ALY-1619 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 sentyabr 2023-cü il tarixə 273,53 manat gecikdirilmiş əsas, 190,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320,52 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4.010 manat məbləğində pulun, ümumilikdə 4.794,93 manat borc və ödənilmiş 67,95 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü il tarixli ALY-1619 saylı müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA049971 ban, 0251 mühərrik nömrəli, ağ rəngli avtomobil 11.550 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465,46 manat, ümumilikdə isə 15.826 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 sentyabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4.010 manat dəyərində ziyan dəymişdir. Cavabdeh ALY-1619 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 sentyabr 2023-cü il tarixə 273,53 manat gecikdirilmiş əsas, 190,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320,52 manat dəbbə pulu, cəmi 784.93 manat borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə göndərək mülki işə iştirakları olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvanda yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 06 fevral 2023-cü il tarixli ALY-1619 saylı «Daxili lizinq» müqaviləsindən və 1 saylı əlavədən görünür ki, "xxxx" MMC (lizinq verən) 2020-ci il buraxılışlı, «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili Cavabdeh (lizinq alan) qızının müvəqqəti sahiblik və istifadəsinə verilməyi, sonucu isə hər ay sabit olaraq 465,46 manat, ümumilikdə isə 15.826 manat məbləği 34 ay müddətinə illk 23 faiz həcmində mükafat məbləğ ilə ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-yə məxsus 2020-ci il buraxılışlı, «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh 06 fevral 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək "xxxx" MMC-nə ödənilməmiş qalan 273,53 manat gecikdirilmiş əsas, 190,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320,52 manat dəbbə pulu, cəmi 784,93 manat borcu vardır. 06 fevral 2023-cü il tarixli ALY-1619 saylı «Daxili lizinq» müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 3 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 34 ay müddətində hər ay 465.46 son ayda 465,82 olmaqla xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2026-cı il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borc "xxxx" MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təhvil alınarkən, avtomobilin mühərriki, sürətlər qutusu olmamış, avtomobil nasaz vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli qüsur Aktından görünür ki, «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin təmir-bərpa işlərinə ümumilikdə 4.010 manat olmaqla, 3.335,00 manat ehtiyat hissələrinin alışı, 675,00 manat isə təmir işlərinə vəsait tələb olunur. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddianın verilməsinə görə 67,95 manat və 0,40 manat isə xdmət haqqı ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü il tarixli ALY-1619 saylı «Daxili lizinq» müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, «Ravon Nexia R3» minik markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA049971 ban, 0251 mühərrik nömrəli, ağ rəngli avtomobil 11550 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq» müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.46 manat, ümumilikdə isə 15826 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 sentyabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4.010 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Hazırki işin hallarından müəyyən olunur ki, Cavabdeh lizinq obyekti olan «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili təqdim edərkən aldığı vəziyyətdə təqdim etməmiş, lizinq verən olan iddiaçıya 4.010 manat məbləğində ziyan vurmuşdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 fevral 2023-cü il tarixli ALY-1619 saylı «Daxili lizinq» müqavilə üzrə 273,53 manat gecikdirilmiş əsas, 190,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320,52 manat dəbbə pulu, həmçinin «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 4.010 manat borc olmaqla cəmi 4.794,93 manat gecikdirilmiş borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 67,95 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 06 fevral 2023-cü il tarixli ALY-1619 saylı «Daxili lizinq» müqavilə üzrə 273,53 manat gecikdirilmiş əsas, 190,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 320,52 manat dəbbə pulu, həmçinin «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 4.010 manat borc olmaqla cəmi 4.794,93 manat gecikdirilmiş borc, həmçinin iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 67,95 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-624/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-624/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver