Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-630/2023 03.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC «subroqasiya qaydasında pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 950 (doqquz yüz əlli) manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C 200” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixində Lənkəran rayonu ərazisində **-KT-*** dövlət qeydiyyat nişanlı “Toyota Fortuner” markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Lənkəran rayon DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli qərar yazılmışdır. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 25.1.3cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. İş üzrə Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli etirazında iddia tələbi ilə razılaşmadığını, iddiayaya qarşı etirazının əsası kimi istinad etdiyi dəlilləri təqdim etməkdən ötrü işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(049)-2991/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə ərizə ilə müraciət işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Lənkəran rayonu, Vel kəndi ərazisində xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 200” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 idarə etdiyi “Toyota Fortuner” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə törədilən vaxt onun sürücülük vəsiqəsi olmuş, eyni zamanda o sərxoş vəziyyətdə olmamışdır. Belə ki, bunu təsdiq edən müvafiq sənədlər iş materiallarında mövcuddur. Ona 2019-cu ildə AE 446010 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Hadisə törədən vaxt isə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitməmiş, həmçinin sürücülük hüququ məhdudlaşdırılmamış və məhrum edilməmişdir. Lakin həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətləri olması qənaətinə gəlinərək barəsində inzibati qaydada tənbeh tədbiri görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPByə göndərilmişdir. Hesab edir ki, iddiaçı da həmin qərara əsaslanaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Sürücülük vəsiqəsi olduğu halda onun barəsində İXM-nin 332.2-ci maddəsi ilə tənbeh tədbiri görülməsini 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda yol verilmiş texniki yanlışlıqla əlaqələndirmiş, həmin qərardan şikayət verəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: “Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının” xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Toyota Fortuner” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 950 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, CML-2682/2021/AKT3339/21 saylı sığorta aktından görünür ki, zərərə uğramış “Toyota Fortuner” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hesablanmış sığorta ödənişinin məbləği 950 manat təşkil etmişdir. Sığorta ödənişinə dair xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 950 manat pul köçürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinin surətindən görünür ki, “Mercedes Benz C 200” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC sığortalanmış, tərəflər arasında bağlanmış müqavilənin müddəti 12 ay təşkil etmişdir. Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 25 avqust 2021-ci il tarixli HK-1-3070 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tənbeh tədbiri görülməsindən ötrü qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilmişdir. Lənkəran Rayon Prokurorluğunun 03 fevral 2023-cü il tarixli, 77-xid/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh şikayəti əsasında Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsində araşdırılmış HK-1-3070 saylı yoxlama materialı prokuror nəzarəti qaydasında öyrənilmiş və Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan həmin qərar xx.xx.2022-ci il tarixli qərarla ləğv edilmiş və material əlavə araşdırma aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin TB-yə qaytarılmışdır. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 17 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1-3070 saylı yoxlama materialı üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə, cinayət təqibi rədd edilmiş, lakin əməlində İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran rayon YPX-nin inspektoru, polis leytenantı X6 tərəfindən Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİTBŞ tərəfindən Cavabdeh verilmiş AE 446010 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə xx.xx.2019-cu il tarixdə verilmiş, etibarlılıq müddəti xx.xx.2029-cu ilə qədər təşkil edir. xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz C 200” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X1 (etibar edən) tərəfindən həmin etibarnamə əsasında 9 il 10 ay 28 gün müddətinə (xx.xx.2023-cu il tarixədək) qeyd olunan nəqliyyat vasitəsini idarə etməklə bağlı Cavabdeh səlahiyyət verilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmardan ötrü 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Vel kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 200” minik markalı **-UA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 idarə etdiyi “Toyota Fortuner” markalı **- KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə ziyan dəymiş, "xxxx" ASC tərəfindən X4 950 manat sığorta ödənişi köçürülmüşdür. İddiaçı "xxxx" ASC “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsaslanmaqla hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 ödənilmiş 950 manat məbləğində pul vəsaitini və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manat pulu tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, hadisə törədilən vaxt avtomaşını etibarnamə əsasında idarə etdiyini və sürücülük vəsiqəsinin olmasını əsas gətirmişdir. Həmçinin, cavabdeh tərəfindən onun əməlində İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlinmiş 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mübahisələndirilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin qərar ləğv edilərək, material əlavə araşdırma aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin TB-yə qaytarılmışdır. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 17 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində İXMnin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-yə göndərilmiş, Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yuxarıda sadalanan iş materiallarında olan müvafiq sənədlər əsasında müəyyən olunur ki, Cavabdeh “Mercedes Benz C 200” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə hüquqi əsası olmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsini idarə etmək üçün ona xx.xx.2019-cu il tarixli etibarnamə əsasında 9 il 10 ay 28 gün müddətinə (xx.xx.2023-cu il tarixədək) səlahiyyət verilmiş, eyni zamanda cavabdehə Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİTBŞ tərəfindən verilmiş AE 446010 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2029-cu ilə qədər qüvvədir. Başqa sözlə, sözügedən yol-nəqliyyat hadisəsi törədilərkən cavabdehin müvafiq etibarnaməsi və sürücülük vəsiqəsi olmuşdur. Göstərilənlər iş materiallarında olan müvafiq sənədlərlə təsdiq olunur. Həmçinin iddiaçının iddia tələbində əsaslandığı 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, həmin hadisə ilə əlaqədar Lənkəran ŞRPŞ-nin TB-də yenidən aparılmış araşdırmanın nəticəsi olaraq müvafiq yoxlama materialı üzrə 17 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh əməlində İXM-nin 332.2-ci maddəsinin deyil, 327.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu hal özü-özlüyündə hazırki iddia tələbinin rədd edilməsi üçün əsas kimi çıxış edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-630/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-630/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver