Məhkəmə qərarları › İş №e-2(049)-693/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-693/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-693/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: Cəfərov Raqib Rüstəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı «lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh 06 fevral 2023-cü il tarixli ALY-1616 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 noyabr 2023-cü il tarixə 836.42 manat gecikdirilmiş əsas, 558.32 manat mükafat və həmin günə hesablanmış 539.53 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Ravon Nexia R3” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 10433 manat məbləğində pulun, ümumilikdə 12367.27 manat borc və ödənilmiş 127.10 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü il tarixli ALY-1616 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-PL-***dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050102 ban, 0398 mühərrik nömrəli, ağ rəngli avtomobil 11550 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdehillik 23% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.46 manat, ümumilikdə isə 15826 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehmüvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” minik markalı, **-PL-***dövlət qeydiyyat nişanlı avtomobil 26 noyabr 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 10433 manat dəyərində ziyan dəymişdir. CavabdehALY-1616 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 noyabr 2023-cü il tarixə 836.42 manat gecikdirilmiş əsas, 558.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 539.53 manat dəbbə pulu, cəmi 1934.27 manat borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakları olmadan baxılıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımı qaydada cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC ilə X2 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli ALY-1616 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, **-PL-***dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050102 ban, 0398 mühərrik nömrəli, ağ rəngli avtomobil 11550 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdehillik 23% hesablanmaqla 34 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 465.46 manat, ümumilikdə isə 15826 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Ravon Nexia R3” minik markalı, **-PL-***dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050102 ban, 0398 mühərrik nömrəli, ağ rəngli avtomobil X1 təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Chevrolet servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Ravon Nexia R3” minik markalı, **-PL-***dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA050102 ban, 0398 mühərrik nömrəli, ağ rəngli avtomobilə10433 manat dəyərində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin cavabdeh X2 xəbərdarlıq (pretenziya məktubundan) görünür ki, cavabdeh X2 yaranmış borcla bağlı öhdəlikləri yerinə yetirməyi və etmədikdə məkməyə müraciət ediməsi barədə xəbərdar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Hökumət ödəniş portalından Çıxarışlardan görünür ki, iddianın verilməsinə görə 127.10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. MM-nin 747-1.4-ci maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. MM-nin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sadalanmış normaları hazırkı iş üzrə tətbiq edərkən müəyyən olunur ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli ALY-1616 saylı “Daxili lizim müqaviləsinə əsasən cavabdeh X2 üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən lizinq şirkəti qarşısında cavabdehlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, iddianın əsas borca hesablanmış 539.53 AZN cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, ümumilikdə isə cərimə məbləği əsas məbləğin təxminən 70 faizi kimi yüksək məbləğdə tələb edildiyindən, cərimə məbləği məhkəmə tərəfindən azaldılaraq əsas məbləğin təxminən on faizi həddində- 84 AZN məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 127.10 manat məbləğində dövlət rüsumunun 125.70 manat hissəsi cavabdehdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 fevral 2023-cü il tarixli ALY-1616 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 26 noyabr 2023-cü il tarixə 836.42 manat gecikdirilmiş əsas, 558.32 manat mükafat və 84 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan olan “Ravon Nexia R3” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 10433 manat məbləğində pul olmaqla ümumilikdə 11911.74 manat borc və ödənilmiş dövlət rüsumunun 125.70 manat hissəsi İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar