Məhkəmə qərarları › İş №e-2(049)-710/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-710/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-710/2024 30.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara üçün 950,24 manat əsas borcun, 95,76 manat cərimə borcun, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Hoffmann Siac” marakalı kondisoner üçün 919,98 manat əsas borcun, 91,02 manat cərimə borcun, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borcun, 8,16 manat cərimə borcun, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “X4 ” marakalı 2 saat üçün 53,3 manat əsas borcun, 5,7 manat cərimə borcun, ümumilikdə cəmi 2212 manat borcun və ödənilmiş 42,12 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023 cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, 14,02.2023-cü il tarixli nisyə satış müqavilələrinə əsasən İddiaçı MMC Cavabdeh xx.xx.2023 cü il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 1184,94 manat olan (yəni 18 ay X63,23 manat+46,8 manat ilkin ödəniş) “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara satmış və nəticədə cavabdehin iddiaçıya 950,24 manat əsas borcu, 95,76 manat cərimə borcu, xx.xx.2023 cü il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 919,98 manat olan (yəni 18 ay X51,11 manat+0,00 manat ilkin ödəniş) “Hoffmann Siac” marakalı kondisoner satmış və nəticədə cavabdehin iddiaçıya 919,98 manat əsas borcu, 91,02 manat cərimə borcu, xx.xx.2022 ci il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 625,39 manat olan (yəni 9 ay X61,71 manat+70 manat ilkin ödəniş) İMEİ KODU **********88820 “X3 11” marakalı telefon satmış və nəticədə cavabdehin iddiaçıya 87,84 manat əsas borcu, 8,16 manat cərimə borcu və xx.xx.2023 cü il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 84,4 manat olan (yəni 12 ay X6,7 manat+4 manat ilkin ödəniş) “X4 ” marakalı 2 saat satmış və nəticədə cavabdehin iddiaçıya 53,3 manat əsas borcu, 5,7 manat cərimə borcu ümumilikdə cəmi 2212 manat borcu yaranmış və cavabdeh bu kredit müqavilələri üzrə borcu ödəməyi ohdəsinə götürmüşdür . Cavabdehin dörd müqavilə üzrə iddiaçıya cəmi ödədiyi məbləğ 803,35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023 cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, 14,02.2023-cü il tarixli nisyə satış müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfdən cavabdehə dəfələrlə şifahi telefon danışığı vasitəsi və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən İddiaçı MMC Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara üçün 950,24 manat əsas borcun, 95,76 manat cərimə borcun, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Hoffmann Siac” marakalı kondisoner üçün 919,98 manat əsas borcun, 91,02 manat cərimə borcun, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borcun, 8,16 manat cərimə borcun xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borcun, 8,16 manat cərimə borcun, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “X4 ” marakalı 2 saat üçün 53,3 manat əsas borcun, 5,7 manat cərimə borcun, ümumilikdə cəmi 2212 manat borcun və ödənilmiş 42,12 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən cavabdehin “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara üçün 950,24 manat əsas borcu, 95,76 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən cavabdehin “Hoffmann Siac” marakalı kondisoner üçün 919,98 manat əsas borcu, 91,02 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borcu, 8,16 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “X4 ” marakalı 2 saat üçün 53,3 manat əsas borcu, 5,7 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, müştəri Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023 cü il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 1184,94 manat olan (yəni 18 ay X63,23 manat+46,8 manat ilkin ödəniş) “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara satmış və nəticədə cavabdehin iddiaçıya 950,24 manat əsas borcu, 95,76 manat cərimə borcu, xx.xx.2023 cü il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 919,98 manat olan (yəni 18 ay X51,11 manat+0,00 manat ilkin ödəniş) “Hoffmann Siac” marakalı kondisoner satmış və nəticədə cavabdehin iddiaçıya 919,98 manat əsas borcu, 91,02 manat cərimə borcu, xx.xx.2022 ci il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 625,39 manat olan (yəni 9 ay X61,71 manat+70 manat ilkin ödəniş) İMEİ KODU **********88820 “X3 11” marakalı telefon satmış və nəticədə cavabdehin iddiaçıya 87,84 manat əsas borcu, 8,16 manat cərimə borcu və xx.xx.2023 cü il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 84,4 manat olan (yəni 12 ay X6,7 manat+4 manat ilkin ödəniş) “X4 ” marakalı 2 saat satmış və nəticədə cavabdehin iddiaçıya 53,3 manat əsas borcu, 5,7 manat cərimə borcu ümumilikdə cəmi 2212 manat borcu yaranmış və cavabdeh bu kredit müqavilələri üzrə borcu ödəməyi ohdəsinə götürmüşdür . Cavabdehin dörd müqavilə üzrə iddiaçıya cəmi ödədiyi məbləğ 803,35 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilmişdir. İş materialllarına əlavə edilmiş xx.xx.2023 cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, 14,02.2023-cü il tarixli nisyə satış müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, cavabdeh X1 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC ümumilikdə cəmi 2212 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara üçün 950,24 manat əsas borc, 95,76 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Hoffmann Siac” marakalı kondisoner üçün 919,98 manat əsas borc, 91,02 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borc, 8,16 manat cərimə borcu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borc, 8,16 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “X4 ” marakalı 2 saat üçün 53,3 manat əsas borc, 5,7 manat cərimə borcu, ümumilikdə cəmi 2212 manat borc və ödənilmiş 42,12 manat dövlət rüsumu alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Leonovo İdeapad 3” marakalı kompüter, “Bocoh” markalı izqara üçün 950,24 manat əsas borc, 95,76 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “Hoffmann Siac” marakalı kondisoner üçün 919,98 manat əsas borc, 91,02 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borc, 8,16 manat cərimə borcu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********88820 “X3 11” marakalı telefon üçün 87,84 manat əsas borc, 8,16 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən “X4 ” marakalı 2 saat üçün 53,3 manat əsas borc, 5,7 manat cərimə borcu, ümumilikdə cəmi 2212 manat borc və ödənilmiş 42,12 manat dövlət rüsumu alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar