Məhkəmə qərarları › İş №e-2(049)-723/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-723/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-723/2025 21.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim X2 - cavabdeh İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş və elektron qaydada məhkəməyə göndərilmiş qarşılıqlı iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: Cavabdeh İddiaçı nümayəndəsi X3 elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Lənkəran şəhəri Azad Mirzəyev küçəsi 64 saylı evdən təmsil etdiyi şəxslərin istifadə hüququna xitam verilərsə, onlara həmin mənzildən çıxarılmalarına görə 24.000 manat kompensasiya ödənilməsi və ödədikləriəri 162 manat dövlət rüsumunun qaytarılması və vəkilə ödədikləri 500 manat hüquqi yardım üçün pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən qarşılıqlı iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. X3 MPM-nin 155.1-ci maddəsinin tələlərini pozaraq elektron məhkəmə portalına “qarşılıqlı iddia ərizəsi” başlığı altında ərizə yerləşdirməli olduğu halda, “iddia ərizəsi” başlığı altında yerləşdirmişdir. Məhkəmə elektron sistemində də, həmin ərizə “iddia ərizəsi” kimi qeydə alınmışdır. “İddia ərizəsi” kimi qəbul edilmiş ərizəyə isə, “qarşılıqlı iddia ərizəsi” kimi baxıla bilməz. Çünki, belə olan halda qarşılıqlı iddianın MPM-nin 154.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim edilib-edilmədiyini müəyyən etmək olmur. Məhkəmə hesab edir ki, X1 verdiyi ərizə MPM-nin 149-cu maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qarşılıqlı iddia ərizəsindən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli ********** qəbzlə 161.60 manat dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 161.60 manat dövlət rüsumu ona qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 266-269-cu və 363-cü maddələrini rəhbər tutub qərara aldım: Cavabdeh İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli ********** qəbzlə ödənilmiş 161.60 manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar