Məhkəmə qərarları › İş №e-2(049)-762/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-762/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-762/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzad Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il il tarixli “Nisyə alqısatqı” müqaviləsinə əsasən 740 manat gecikdirilmiş borcun, 118.40 manat cərimənin və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il il tarixli KG-MM27/2021 nömrəli müqaviləyə əsasən həmin tarixdə dəyəri 1690 manat olan “İktech” markalı su təmizləyici sistemi iddiaçıdan satın almışdır. Cavabdeh xx.xx.2021-ci il il tarixli KG- MM27/2021 nömrəli müqavilənin şərtlərinə əsasən aldığı əmlakın dəyərindən 60 manat və sonra 290 manat ilkin ödəniş etdikdən sonra qalan məbləği 3 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya xx.xx.2021-ci il il tarixli KG-MM27/2021 nömrəli müqavilə üzrə 740 manat əsas, 118.40 manat cərimə borcu yaranmışdır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 858.40 manat borc və 30.40 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il il tarixli KG-MM27/2021 nömrəli müqavilə, həmin tarixli təhviltəslim aktı və müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2024-cü il tarixli pretenziya məktubu, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il il tarixli KG- MM27/2021 nömrəli müqaviləyə əsasən həmin tarixdə iddiaçıdan ümumi dəyəri 1690 manat olan “İktech” markalı su təmizləyici sistemi almışdır. Həmin əmlak cavabdehə təhvil verilmiş və müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı əmlakın dəyərini ilkin ödəniş 60 manat, sonra 290 manat etmiş, qalan məbləği 3 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, hazırda onun iddiaçıya 740 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 118.40 manat dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli KG-MM27/2021 nömrəli müqavilə üzrə 740 manat əsas borc, 118.40 manat cərimə, cəmi 858.40 manat və 30.40 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqaviləyə, təhviltəslim aktına və müqaviləyə əlavə edilən digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli KG-MM27/2021 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 740 manat əsas borc və 118.40 manat cərimə məbləğinin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30.40 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli KG-MM27/2021 nömrəli müqavilə üzrə 740 manat əsas borc, 118.40 manat cərimə və 30.40 manat dövlət rüsumu, cəmi 888.80 manat tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar