Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-84/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay 13 gün (103 gün) müddətinə hesablanmaqla 1570 manat, gecikdirilmiş 73 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 664 manat, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 668 manat, cavabdehin əvəzinə İddiaçı MMC-i tərəfindən "xxxx" ASCnə ödənilmiş 1250 manat və avtomobilin sıradan çıxması nəticəsində dəymiş ziyan kimi 1800 manat, cəmi 5952 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 79 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “209/2022 saylı X5 müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən buraxılış ili 2005-ci il olan, **-AK-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli “Opel Astra” markalı minik nəqliyyat vasitəsinin bazar dəyəri 11500 manat qiymətləndirilmiş və İddiaçı tərəfindən 36 ay müddətinə Cavabdeh X5 müqaviləsinə əsasən lizinqə verilmişdir. Müqaviləyə əlavə edilmiş əlavə №2 (lizinq qrafikləri ödənişləri) əsasında müəyyən edilmiş dövrilikdə və tarixdə lizinq ödənişlərini (36 ay müddətinə, hər ay 455 manat olmaqla) ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı öz öhdəliklərini yerinə yetirmiş və xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş və təhviltəslim aktına tərəflər imza etmişlər. Cavabdeh öhdəliklərə əməl etməmiş və “X5 müqaviləsi” ilə müəyyən edilmiş ödənişləri ödəməmişdir. Nəticədə, cavabdehin müqaviləyə əsasən 3 ay 13 gün (103 gün) müddətinə hesablanmaqla 1570 manat aylıq lizinq ödənişi, gecikdirilmiş 73 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 664 manat borcu yaranmışdır. Cavabdeh onlara maddi ziyan da vurmuşdur. Belə ki, avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehdən yararsız vəziyyətdə alınmışdır. Cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə EQ 15623389 (45 manat), İXP ******* (52 manat), EQ 15537820 (9 manat), EQ 14604888 (57 manat) və avtomobil cavabdehin istifadəsində olan zaman cavabdehin tanışı X2 tərəfindən törədilmiş inzibati xətaya görə 505 manat olmaqla cəmi 668 manat cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. Ödənişlə bağlı sübutlar iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması məqsədi ilə sığortaçı "xxxx" ASC-yə İddiaçı MMC tərəfindən şərtsiz azadolma məbləği olan 1250 manat vəsait ödənilmişdir. Ödəniş sənədi iddia ərizəsinə əlavə edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən avtomobilin saxlanması və istismarı qaydalarının pozulması səbəbindən avtomobilin mühərriki və sürətlər qutusu qismən yararsız vəziyyətə düşmüş və avtomobilin mühərrik və sürətlər qutusunun təmirinə 1800 manat xərclənmişlər. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iş materiallarına əlavə ediləcək hər hansı sənədin olmadığını və işə onların iştirakı olmadan baxıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2023-cü il tarixdə, məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən etiraf edib göstərmişdir ki, iddianı inzibati xətalara görə yazılan protokollarda göstərilmiş 668 manat cərimə və 103 gün müddətinə hesablanmış 1570 manat aylıq lizinq ödənişi hissəsində qəbul edir. Lakin gecikdirilmiş 73 gün üçün gecikdirilmə faizi kimi hesablanmış 664 manatı, avtomobilin təmirinə xərclənmiş 1800 manatı və onun əvəzinə iddiaçı tərəfindən "xxxx" ASC-nə ödənilmiş 1250 manat qəbul etməyir. O, avtomobili işlək vəziyyətdə iddiaçıya qaytarmış və onun mühəriklə sürətlər qutusunda heç bir problem olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: 19 dekabr 2022-ci il tarixli, 209/22 saylı X5 Müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan (öhdəliyin götürülməsi haqqında) X5i müqaviləsinə əsasən, buraxılış ili 2005-ci il olan **-AK-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli, 1 ədəd «Opel Astra minik» markalı nəqliyyat vasitəsinin bazar dəyəri 11500 manat dəyərləndirilmiş və İddiaçı MMC tərəfindən 36 ay müddətinə hər ay 455 manat ödəmək şərti ilə cavabdehə lizinqə verilmişdir. Təhvil-təslim aktının surətindən görünür ki, Lizinq verən, ümumi dəyəri 11500 manat olan Opel Astra minik nəqliyyat vasitəsini lizinq alana təqdim edərkən lizinq obyekti yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Lizinq alan, lizinq obyektini lizinqə qəbul etmişdir. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən imzalanmş iltizamın surətindən görünür ki, cavabdeh lizinqə götürdüyü lizinq obyektinin illik 400 manat sığorta xərcini İddiaçı MMC-yə ödəmək və sığorta polisinə müvafiq olaraq hər hansı sığorta halı baş verdikdə lazımi qaydada “Paşa” sığorta şirkətinə müraciət etməyi öhdəliyinə götürmüşdür. İş materiallarında olan inzibati xəta haqqında protokolların elektron çıxarışlarından görünür ki, cavabdehin törətdiyi yol hərəkət qaydaları əleyhinə olan inzibati xətalara görə EQ 15623389 (45 manat), İXP ******* (52 manat), EQ 15537820 (9 manat), EQ 14604888 (57 manat) və avtomobil cavabdehin istifadəsində olan zaman cavabdehin tanışı X2 tərəfindən törədilmiş inzibati xətaya görə 505 manat olmaqla cəmi 668 manat cərimə olunmuş və həmin cərimələr İddiaçı MMC-nin vəsaiti hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 35/23 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh lizinq müqaviləsinin şərtlərinə əsasən müqavilə predmeti olan minik avtomobilinin 3.4 aylıq icarə haqqının 1570 manat və 73 günlük gecikmə faizi olan 664 manat, həmçinin 668 manat DYP cəriməsinin, 1250 manat avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərərin təmin olunması üçün “Paşa” sığortaya ödənilmiş azad olma məbləğinin və avtomobilin texniki funksional vəziyyətinin pis olması ilə əlaqədar çəkilən 680 manatın dəfələrlə müraciət olunmasına baxmayaraq ödənilmədiyi əsas tutularaq müqavilənin bir tərəfli qaydada xətm olunması barədə qərar verildiyi və sadalanan məbləğlər 10 gün ərzində təmin edilməyəcəyi təqdirdə müqavilə şərtinə əsasən məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli hökümət ödəniş protalı üzrə mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə idida qaldırmaq üçün dövlət büdcəsinə 80 manat ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh iddianı inzibati xətalara görə yazılan protokollarda göstərilmiş 668 manat cərimə və 103 gün müddətinə hesablanmış 1570 manat aylıq lizinq ödənişi hissəsində qəbul etdiyindən, həmin hissətə tələbin əsaslandırılmasına zərurət qalmamışdır. Bu səbəbdən də iddia həmin hissələrdə təmin olunmalıdır. Cavabdehin mübahisələndirdiyi hallar ondan ibarətdir ki, o, lizinq ödənişinin gecikdirilmiş 73 günü üçün faizi kimi hesablanmış 664 manat, avtomobilin təmirinə xərclənmiş 1800 manat və onun əvəzinə iddiaçı tərəfindən "xxxx" ASC-nə ödənilmiş 1250 manat tələbi hissələrində iddianı qəbul etməyir. Cavabdehin tərəfindən mübahisələndirlən hallarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının, üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində lizinq ödənişinin 73 gün gecikdirildiyini göstərsə də, bunu təsdiqləyən hər-hansı bir sübutunu iddia ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Cavabdeh tərəfindən etiraf edilməyən, avtomobilin təmirinə xərclənmiş 1800 manatla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mühərrikin və sürətlər qutusunun nasaz olduğuna, həmin nasazlığın məhz cavabdehin təqsiri üzündən baş verdiyinə və onların təmiri üçün 1800 manat xərclədiyinə dair sübutunu iddia ərizəsinə əlavə etməmiş, buna görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Cavabdehin əvəzinə iddiaçı tərəfindən "xxxx" ASC-nə ödənilmiş 1250 manat tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinə “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 1250 manat pulun "xxxx"MMC-ə ödənildiyini təsdiqləyən qəbzi əlavə etmişdir. Lakin həmin qəbzdən ödənişin təyinatını, məhz cavabdehin təqsirinə görə ödənildiyi müəyyən olunmur. Məhkəmə dəfələrlə iddiaçını məhkəməyə dəvət etsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlib iddialarını müdafiə və mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə hazırlıq iclasında cavabdeh iddia tələbini inzibati xətalara görə yazılan protokollarda göstərilmiş 668 manat cərimə və 103 gün müddətinə hesablanmış 1570 manat aylıq lizinq ödənişi hissələrini etiraf etmişdir. Lakin ondan bu barədə yazılı ərizə alınmamışdır. Buna baxmayaraq onun etirafı məhkəmə hazırlıq iclası zamanı aparılmış videoyazıda saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh həmin hissədə iddianı etiraf etdiyindən, iddiaçı həmin hisslərədə həmin faktları sübut etmə yükündən azaddır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia cavabdehin etiraf etdiyi hissələrdə təmin edilməli, ondan daxili lizinq müqaviləsinə əsasən ödənilməmiş aylıq lizinq ödənişi 3 ay 13 gün (103 gün) müddətinə hesablanmaqla 1570 manat və törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 668 manat, cəmi 2238 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 30.4 manatı cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı daxili lizinq müqaviləsinə əsasən yaranan borcun və dəymiş ziyan üzrə pul tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə “209/2022 saylı X5 Müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş aylıq lizinq ödənişi üzrə 1570 manat və törədilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ödənilmiş 668 manat olmaqla cəmi 2238 (iki min iki yüz otuz səkkiz) manat tutularaq, İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 30.4 manatı cavabdehə aid edilsin və sonuncudan alınaraq iddiaçıya verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-84/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-84/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver