Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-853/2024 04.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 2488 manat borc, 44.88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, MEGA - YUMSAQ - KUNC SAG UZUN - SUGAR 5 - MM , PALTARYUYAN LG, 4 ədəd VENETSİYA FS-5, NEVADA - QONAQ - MASA (160X90) - İF üçün 2488 (iki min dörd yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1394.88 (bir min üç yüz doxsan dörd manat, səksən səkkiz qəpik) manat (24 ay x 58.12 manat + 0 manat ilkin ödəniş), MEGA- YUMSAQ - KUNC SAG UZUN - SUGAR 5 – MM üçün ümumilikdə 1252 (bir min iki yüz əlli iki) manat olmaqla ondan, 1138.88 (bir min yüz otuz səkkiz manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 113.12 (yüz on üç manat, on iki qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqavilələrinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (18 ay x 72 manat + 0.02 manat ilkin ödəniş), Paltaryuyan LG, üçün ümumilikdə, 906 (doqquz yüz altı) manat olmaqla ondan, 823.59 (səkkiz yüz iyirmi üç manat, əlli doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 82.41 (səksən iki manat,q ırx bir qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216.2 (iki yüz on altı manat, iyirmi qəpik) manat (24 ay x 34 manat + 0 manat ilkin ödəniş) 4 ədəd VENETSİYAFS-5, NEVADA- QONAQ - MASA(160X90) -üçün ümumilikdə, 330 (üç yüz otuz) manat olmaqla ondan, 300(üç yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1244.43 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 1 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işaə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehə xx.xx.2023-ci il tarixdə iddia ərizəsi qeydiyyatda olduğu ünvana iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi üçün rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişi cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03231326 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 4 ədəd VENETSİYAFS-5, NEVADA- QONAQ - MASA(160X90) alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03913152 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında Paltaryuyan LG alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04802964 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında MEGA- YUMSAQ - KUNC SAG UZUN - SUGAR 5 – MM alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 34 manat, cəmi 816 manatı; xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, hər ay 72 manat, cəmi 1296.8 manatı; xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, hər ay 58.12 manat, cəmi 1394.88 manatı Cavabdeh "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 816 manat dəyərində olan, 0 manat ödəyərək aldığı 4 ədəd VENETSİYAFS-5, NEVADA- QONAQ - MASA(160X90) üçün 24 ay müddətinə hər ay 34 manat ödəməli olduğu halda, cəmi 516 manat ödəmiş və onun 300 manat əsas, 30 manat cərimə, cəmi 330 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1296.02 manat dəyərində olan, 0.02 manat ödəyərək aldığı Paltaryuyan LG üçün 18 ay müddətinə hər ay 72 manat ödəməli olduğu halda, cəmi 472.43 manat ödəmiş və onun 823.59 manat əsas, 82.41 manat cərimə, cəmi 906 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1394.88 manat dəyərində olan, 0 manat ödəyərək aldığı MEGA- YUMSAQ - KUNC SAG UZUN - SUGAR 5 – MM üçün 24 ay müddətinə hər ay 58.12 manat ödəməli olduğu halda, cəmi 256 manat ödəmiş və onun 1138.88 manat əsas, 113.2 manat cərimə, cəmi 1252 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.88 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.88 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 2488 manat borc və 44.88 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-853/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-853/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver