Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-853/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzad Məhəmməd Valeh oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 2995.02 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 898.51 manat cərimə, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 1680 manat əsas borc, 504 manat cərimə, cəmi 6101.13 manat və 81.02 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 16601168 və 16601169 nömrəli müqavilələrə əsasən həmin tarixdə dəyəri 2995.02 manat və 1680 manat olan məişət əşyalarını iddiaçıdan satın almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilənin şərtlərinə əsasən aldığı əmlakın dəyərindən ilkin ödəniş etmədən hər ay 166.39 manat olmaqla 18 ay ərzində, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilənin şərtlərinə əsasən aldığı əmlakın dəyərindən ilkin ödəniş etmədən hər ay 140 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, onun iddiaçıya xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 2995.02 manat əsas, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 1680 manat əsas ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 16601168 nömrəli müqavilə üzrə 898.51 manat və 16601169 nömrəli müqavilə üzrə 504 manat cərimə hesablanmışdır. İki müqavilə üzrə hazırda cavabdehin iddiaçıya cəmi 6101.13 manat borcu vardır. Cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 81.02 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 6101.13 manat borc və 81.02 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə oxşar məzmunlu çıxış etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 16601168 və 16601169 nömrəli müqavilələr, həmin tarixli təhvil-təslim aktları və müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu, xx.xx.2025-ci il tarixli maliyyə arayışı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən həmin tarixdə iddiaçıdan ümumi dəyəri 2995.02 manat və 1680 manat olan “Samsung” markalı telefonlar və Hoffman Mrac markalı kondisioner almışdır. Həmin əmlaklar cavabdehə təhvil verilmiş və müqavilələrin şərtlərinə əsasən cavabdeh aldığı əmlakların dəyərini ilkin ödəniş etmədən 16601168 nömrəli müqavilə üzrə hər ay 166.39 manat olmaqla 18 ay ərzində və ******* nömrəli müqavilə üzrə hər ay 140 manat olmaqla 12 ay ərzində borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmiş, hazırda onun iddiaçıya 16601168 nömrəli müqavilə üzrə 2995.02 manat və 16601169 nömrəli müqavilə üzrə 1680 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 16601168 nömrəli müqavilə üzrə 898.51 manat və 16601169 nömrəli müqavilə üzrə 504 manat dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 81.02 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin İnnovatik Layihələr Mərkəzinə 23.60 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 2995.02 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 898.51 manat cərimə, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 1680 manat əsas borc, 504 manat cərimə, cəmi 6101.13 manat və 81.02 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqavilələrə, təhvil-təslim aktlarına, ödəniş cədvəlinə və müqaviləyə əlavə edilən digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan satın aldığı əşyanın dəyərini müqavilələrə əlavə edilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etmiş, habelə, mübahisənin məhkəməyə qədər həlli qaydası ilə bağlı həmin müqavilələrdə və qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 2995.02 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 1680 manat əsas borc məbləğlərinin tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 898.51 manat və xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 504 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan cərimə məbləğləri işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Dəbbə pulunun miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən dəbbə pullarının miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 898.51 manat cərimə, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 504 manat cərimə pulu tutulmasına dair hissələri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 81.02 manat dövlət rüsumunun 68.29 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 16601168 nömrəli müqavilə üzrə 2995.02 manat əsas borc, İnnovatik Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 299.50 manat cərimə, xx.xx.2024-cü il tarixli 16601169 nömrəli müqavilə üzrə 1680 manat əsas borc, 168 manat cərimə, iki müqavilə üzrə cəmi 5166,12 manat və 68.29 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 81.02 manat dövlət rüsumunun 12,73 manatdan ibarət hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-853/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-853/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver