Məhkəmə qərarları › İş №e-2(049)-854/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-854/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-854/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu iddiaçı «Xalq Sığorta” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «Xalq Sığorta” ASC Cavabdeh qarşı subroqasiya qaydasında sığorta müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 767 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 797 manat) alınaraq, «Xalq Sığorta” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Xalq Sığorta” ASC tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21074” markalı, ** OS *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək «Xalq Sığorta” ASC-də icbari sığorta növündə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi ilə sığortalannışdır. 2020-ci ilin yanvarın 01-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, ** OS *** dövlət nömrə nişanlı avtomobillə Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində “VAZ 2105” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Lənkəran ŞPŞ-in DYPB-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Lənkəran ŞPŞ-in DYPB-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Fiziki şəxs qismində fəaliyyət göstərən X8 (VÖEN **********) tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “VAZ 2105” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobilə 767 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 767 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə sığorta həcmində, 767 manat məbləğində ödəniş edildiyinə görə "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Belə ki, Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hadisə törətdiyi üçün mülki məsuliyyət daşıyır. Ona görə də, məhkəmədən “VAZ 2105” markalı, ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə «Xalqsığorta” ASC tərəfindən dəymiş ziyana görə ödənilmiş 767 manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun (cəmi 797 manat) Cavabdeh tutularaq «Xalq Sığorta” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nın DYPB-nin xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və eyni tarixdə TP ******* saylı qərarın surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 13-02-də “VAZ 21074” markalı, ** OS *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edən sürücü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmiş və törətdiyi inzibati xətaya görə 60 manat məbləğində cərimə edilmişdir . İş materiallarında olan dəymiş ziyan haqqında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, “VAZ 2105” markalı, ** BF ***dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə dəymiş zərərin təmir işləri üzrə 250 manat məbləği dəmirçi, 240 manat bəbləği rəngsaz işi olmaqla avtomobilə vurlmuş maddi ziyan cəmi 767 manatdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nın DYPB-nin əməkdaşı Cəfərov Coşğun Cəmaləddin oğlu sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 13-02-də Lənkəran şəhəri, P.Təhməzov küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** OS *** dövlət nömrə nişanlı avtomobil ilə sürücü X6 məxsus “VAZ 2105” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan «Xalq Sığorta” ASC-nin icbari sığorta müqaviləsinin dair məlumat vərəğindən görünür ki, PXA ********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalı X6 məxsus “VAZ 2105” markalı, ** BF *** dövlət dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan «Xalq Sığorta” ASC-nin PXA59434 saylı sığorta aktından görünür ki, “VAZ 2105” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin X6 767 manat sığorta ödənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibar edilən Nümayəndə 3 il müddətinədək onu «Xalq Sığorta” şirkətində təmsil etməyi, ona çatası pulu almağı, aldığına dair imza etməyi, sığorta aktını imzalamağı, və.s bu kimi tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli MAPS-dan görünür ki, Cavabdeh qeydiyyat ünvanı Lənkəran rayonu, Sütəmurdov kəndidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli. ********** saylı ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı X7 ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, “VAZ 21074” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi, X5 tərəfindən «Xalq Sığorta” ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PXA ********** nömrəli sığorta müqaviləsi ilə sığortalanmışdır. Cavabdeh X2 məxsus olan “VAZ 21074” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək, xx.xx.2020-ci il tarixdə, saat 13-02-də Lənkəran şəhəri, P.Təhməzov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ 2105” markalı, ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşub, həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Lənkəran ŞRPŞ-sinin DYPB-i tərəfindən qeydə alınmış, Cavabdeh barəsində AR İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol yazılmışdır. Avtonəqliyyat vasitəsinə dəymiş ziyan barədə olan akta əsasən “VAZ 2105” markalı, ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurlmuş maddi ziyan 767 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul «Xalq Sığorta” ASC tətəfindən avtomobilin sahibi X1 ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə sığorta həcmində, 767 manat məbləğində ödəniş edildiyinə görə «Xalq Sığorta” ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 767 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu (cəmi 797 manat) alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 767 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu (cəmi 797 manat) iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar