Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-861/2025 24.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı «BTB Leasing” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və lizinq obyektinə vurulmiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİR HİSSƏ : «BTB Leasing” ASC iddioa ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin istifadədə olduğu müddətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5482.11 manat əsas, 4775.85 manat faiz, 1314.48 manat dəbbə pulu Mersedes Benz ML63 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 42325.49 manat və əlavə 18% ƏDV, yəni 7618.59 manat məbləğində pulun və ödənilmiş 275 manat dövlət rüsumunun «BTB Leasing” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «BTB Leasing” ASC ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli 373/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2012-ci il buraxılışlı, “Mercedes Benz” ML63 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin lizinq ödənişləri cədvəlinə (Əlavə №1) əsasən lizinq alan illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2564.49 manat, ümumilikdə isə 67150 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 mart 2023-cü il tarixli Z373/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan, “Mercedes Benz” ML63 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli Z307/00259 nömrəli "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilin lizinqalan Cavabdeh1 istifadəsində olduğu zaman 42325.49 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. 02 aprel 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 5482.11 manat əsas borc, 4775.85 manat faiz borcu, 1314.48 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin 02 aprel 2024-cü il tarixinə ümumi borcu 11572.44 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iddiaçı «BTB Leasing” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin elektron ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilmiş hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianın məzmununa uyğun çıxış edərək lizinq müqaviləsinin və təhvil-təslim aktının məhz Cavabdeh1 tərəfindən imzalandığını, həmçinin həmin təşkilatda Fuad adlı əməkdaşın çalışmadığını bildirmişdir. O, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini, lizinq müqaviləsinə və avtomobilin təhvil-təslim aktına özü qol çəksə də, adına etibarnamə olmadığını və həmin maşını idarə etmədiyini bildirmişdir. Verilən sualları cavablandırarkən qeyd etmişdir ki, o, Fuad və Rəşad adlı şəxsləri dostları vasitəsi ilə əsasən maşın alverçiləri kimi tanımışdır. Belə ki, həmin şəxslər maşının ilkin olaraq onun adına rəsmləşdirilməsini xahiş edərək,15 gün sonra başqa şəxsin adına dəyişdirəcəklərini bildirmiş, lakin sonda bunu etməmişlər. Əksinə kredit borcu ödənmədiyi üçün lizinq təşkilatı tərəfindən ona zənglər olunmuş və bundan sonra o, həmin şəxslər tərəfindən aldadıldığını başa düşmüşdür. Daha sonra lizinq təşkilatına gedərək maşından imtina ərizəsi yazmış və maşını hazırda saxlanıldığı ərazidən aparmalarını xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, maşının mühərriki xarab olmuşdur. Onun lizinq şirkətindən heç bir narazılığı yoxdur, lakin lizinq şirkətinə dəymiş ziyanda təqsirli deyildir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AK-373/23 saylı Avtomaşının alqı-satqı müqaviləsindən görünür ki, BTB Leasing ASC Baş direktor X4 şəxsində digər tərəfdən X6 şəxsində Mercedes Benz ML63 markalı, buraxılış ili 2012, ban 4JGDA7EB1CA067069, rəngi ağ mirvari olan maşını, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı, Alıcı isə satıcıdan həmin maşını lizinq obyekti məqsədi ilə alıb 67150 AZN hissəsini müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götümüşdür. xx.xx.2023-cü il tarixli, 373/23 saylı X2 görünür ki, lizinq alanın sifarişi ilə 2012-ci il buraxılışı, Mercedes Benz ML63 mrkalı, ** JU *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil şifarişçinin müvəqqəti sahiblik istifadəsinə verilmiş və lizinq alan Cavabdeh1 illik 22 faiz hesablanmaqla 36 ay müddətə hər ay 2564.49 manat, ümumilikdə isə 67150 manat məbləğində pulu BTB Leasinq ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, Z373/23 saylı Zaminlik müqaviləsindən görünür ki, BTB leaslinq ASC ilə Cavabdeh1 arasında lizinq müqaviləsi bağlanarkən, Cavabdeh2 Lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli 373/23 saylı müqaviləyə əsasən illik 22% faiz olmaqla, 67150 AZN məbləği 36 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəlikləri tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Təhvil-təslim aktında görünür ki, Lizinq verən BTB Lesasing ASCnin baş direktoru X3 iştirakı ilə, satıcı X5 məxsus avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün Lizinq alan Cavabdeh1 təhvil verilmiş və lizinq alan onu təhvil almışdır. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmamazlıqlar müəyyən olunmamış, tam saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. Ödəniş cədvəlindən görünür ki, lizinq alan illik 22% hesablanmaqla, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 2564.49 manat, sonuncu ay isə 2564.44 manatı 36 ay müddətinə BTB Leasing ASC-yə ödəməlidir. İş materialında olan xx.xx.2024-cü il taixli, 04-373/2024 saylı arayışdan görünür ki, kredit müqaviləsinə əsasən BTB Leasing ASC tərəfindən 67150 manat lizinq verilmiş borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirmir və onun xx.xx.2023-cü il tarixə 5482.11 manat əsas, 4775.85 manat ümumi faiz borcu, 1314.48 manat dəbbə borcu olmaqla, cəmi 11572.44 manat borcu vardır. İş materiallarında olan Autostar Kaukaus GmbH Azərbaycan MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Mercedes Benz ML63 markalı” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 42325.49 manat təşkil eləyir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli 373/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2012-ci il buraxılışlı, “Mercedes Benz” ML63 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir və lizinq alan illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2564.49 manat, ümumilikdə isə 67150 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin vaxt İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 mart 2023-cü il tarixli Z373/23 saylı zaminlik müqaviləsi bağlanmış və sonuncu lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. lakin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, sonradan avtomobili iddiaçıya qaytarılsa da, avtomobilə 42325.49 manat ziyan dəydiyi müəyyən edilmişdir. Ona görə də iddiaçı avtomobili cavabdehin sahibliyindən geri götürərək, cavabdehin istifdəsində olduğu zaman avtomobilə dəymiş zərəri və əlavə 18% ƏDV-ni, həmçinin öhdəliyin vaxında yerinə yeirləməməsinə görə yaranmış borcu haqlı olaraq cavabdehlərdən müştərək qaydada tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Həmin Məcəllənin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Həmin Məcəllənin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Həmin Məcəllənin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Həmin Məcəllənin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir”. Həmin Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 BTB Leasing ASC qarşısında borclu Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Elektron Ödəniş sistemindən çıxarışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 275 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin olunmalı, 13 mart 2023-cü il tarixli 373/23 saylı «daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş 5482.11 manat əsas, 4775.85 manat faiz, 1314.48 manat dəbbə pulu, lizinq obyekti olan “Mercedes Benz” ML63 markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 42325.49 və əlavə 18% ƏDV yəni 7618.59 manat pul və 275 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb «BTB Leasing” ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh1 lizinq müqaviləsinə və avtomobilin təhvil-təslim aktına özünün imza etməsi, lakin adına etibarnamə olmaması, həmin avtomobili idarə etməməsi, Fuad və Rəşad adlı şəxsləri maşın alverçiləri kimi tanıması, həmin şəxslərin lizinq yolu ilə əldə olunmuş avtomobilin ilkin olaraq onun adına rəsmləşdirilməsini xahiş etmələri, 15 gün sonra isə başqa şəxsin adına dəyişdirəcəklərini bildirmələri, lakin sonda bunu etməmələri və s. barədə göstərdiyinə qiymət verərək məhkəmə qeyd edir ki, cavabdeh müqaviləni imzaladığı andan, onun lizinq verən qarşısında öhdəlikləri yaranmışdır. Fuad və Rəşad adlı şəxslərin sözlərinə aldanaraq lizing müqaviləsini imzalaması, onu, həmin öhdəliklərdən azad etmir. Belə ki, ilk əvvəl o, həmin müqaviləni ümumiyyətlə mübahisələndirməmişdir. Bundan əlavə Mülki Məcəllənin 9.3-cü maddəsində göstərildiyi kimi, Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Buna görə də məhkəmə Cavabdeh1 göstərdiyi xüsusatları iddianın təmin edilməməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ : Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 mart 2023-cü il tarixli 373/23 saylı «Daxili maliyyə lizinq» müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 aprel 2024-cü il tarixə olan 5482.11 manat əsas, 4775.85 manat faiz, 1314.48 manat dəbbə pulu, lizinq obyekti olan “Mercedes Benz” ML63 markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 42325.49 və əlavə 18% ƏDV yəni 7618.59 manat olmaqla, ümumilikdə 61516.52 manat və 275 manat dövlət rüsumu alınıb «BTB Leasing” ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2(049)-861/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-861/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver