Məhkəmə qərarları › İş №e-2(049)-875/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-875/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-875/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: Nümayəndə2 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti «borcun tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********54591 Samsung Galaxy Z Flıp 4 Markalı Telefon, Samsung 25w Charger üçün 2811.14 (iki min səkkiz yüz on bir manat on dörd qəpik) manat ödənilməmiş hissə, 420.86 (dörd yüz iyirmi manat səksən altı qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********22369 Samsung Galaxy S23 X2, Samsung 45w Charger+Cable üçün 2089.04 (iki min səksən doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 289.96 (iki yüz səksən doqquz manat doxsan altı qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********41925 Samsung Galaxy A04s Markalı Telefon, X4 Samsung A12/A13 Şüşə Plyonka üçün 325.24 (üç yüz iyirmi beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 96.76 (doxsan altı manat yetmiş altı qəpik) manat dəbbə; Ümumilikdə 6033 manat borc, 80.33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il , xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********54591 Samsung Galaxy Z Flıp 4 markalı telefon, Samsung 25w Charger , İmei Kod **********22369 Samsung Galaxy S23 X2, Samsung 45w Charger+Cable , İmei Kod **********41925 Samsung Galaxy A04s Markalı Telefon, X4 Samsung A12/A13 Şüşə Plyonka almış və nəticədə 6033 (altı min otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3613.14 (üç min altıyüz on üç manat on dörd qəpik) manat (18 ay x 200.73 manat + 0 manat ilkin ödəniş) olan, İmei Kod **********54591 Samsung Galaxy Z Flıp 4 Markalı Telefon, Samsung 25w Charger üçün ümumilikdə, 3112 (üç min yüz on iki) manat olmaqla ondan, 2811.14 (iki min səkkiz yüz on bir manat on dörd qəpik) manat ödənilməmiş hissə, 420.86 (dörd yüz iyirmi manat səksən altı qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2489.04 (iki min dörd yüz səksən doqquz manat dörd qəpik) manat (18 ay x 138.28 manat + 0 manat ilkin ödəniş) olan İmei Kod **********22369 Samsung Galaxy S23 X2, Samsung 45w Charger+Cable üçün ümumilikdə, 2297 (iki min iki yüz doxsan yeddi) manat olmaqla ondan, 2089.04 (iki min səksən doqquz manat dörd qəpik) manat ödənilməmiş hissə, 289.96 (iki yüz səksən doqquz manat doxsan altı qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 553,44 (beş yüz əlli üç manat qırx dörd qəpik) manat (12 ay x 46.12 manat + 0 manat ilkin ödəniş) olan İmei Kod **********41925 Samsung Galaxy A04s Markalı Telefon, X4 Samsung A12/A13 Şüşə Plyonka üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan 325.24 (üç yüz iyirmi beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 96.76 (doxsan altı manat yetmiş altı qəpik) manat dəbbə Cavabdehin cəmi ödədiyi məbləğ 1430.2 manat təşkil edir,Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci iİ tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbədi barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dindəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan İmei Kod **********54591 Samsung Galaxy Z Flıp 4 Markalı Telefon, Samsung 25w Charger, İmei Kod **********22369 Samsung Galaxy S23 X2, Samsung 45w Charger+Cable, İmei Kod **********41925 Samsung Galaxy A04s Markalı Telefon, X4 Samsung A12/A13 Şüşə Plyonka almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya cəmi 5225.42 manat əsasə borcu, 807.58 manat cərimə borcu olmaqla ümumilikdə 6033 manat borcu yaranmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktlardan görünür ki, Cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 78.17 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-nin 424.5-ci maddəsinin tələbinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən hər üç müqavilə üzrə əşyalar cavabdehə verilsə də, cavabdeh həmin əşyaların dəyərini ödəmyərək öhdəliyin icrasından boyun qaçırmışdır. Bunun nəticəsində də, cavabdehin 5225.42 manat əsasə borcu, 807.58 manat cərimə borcu yaranmışdır. MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 1346.20 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından hər üç müqavilə üzrə hesablanmış cərimə məbləği azaldılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2022-ci il müqavilə üzrə 33 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 200 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 282 manat olmaqla cəmi 515 manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu iddianın təımin edildiyi hissədə onun xeyrinə cavabdehdən tutulmalıdır. . Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 2811.14 manat ödənilməmiş hissə, 282 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, 2089.04 manat ödənilməmiş hissə, 200 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 325.24 manat ödənilməmiş hissə, 33 manat dəbbə pulu olmaqla ümumilikdə 5740.42 manat borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 77.40 manat hissəsi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar