Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-907/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4.150 manat məbləğində vurulmuş zərər və 61,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərardadı ilə, ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsində və iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia onunla əsaslandırılmışdır ki, «KİA RİO» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********* nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il martın 07-də Cavabdeh2 sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi «KİA RİO» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda hərəkətdə olarkən, əks hərəkət zolağına çıxaraq X4 idarə etdiyi «HYUNDAİ ACCENT» markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsindən qabaq sol hissəsilə vurmuş, həmin vaxt zərbədən «HYUNDAİ ACCENT» markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobil X9 idarə etdiyi «VAZ 21154» markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobili arxa hissəsinə dəymişdir. Həmçinin, yol-nəqliyyat hadisəsi nəticəsində X2 yüngül zərərvuran xəsarətlər almışdır. Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən 02 iyun 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh2 barəsində İXM-nin 332.4-cü maddəsinə (Bu Məcəllənin 332.2-ci maddəsində(nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə və Cavabdeh1 barəsində 335.3-cü maddəsinə (bu Məcəllənin 335.1-ci maddəsində(Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə)) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə əsasən qərarın surəti Səbail RPİ-nin DYPŞ-ə göndərilmişdir. Səbail RPİ-nin DYPŞ-in xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh2 İXM-nin 332.4-cü(Bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X24 tərəfindən verilmiş 130 nömrəli ekspert rəyinə əsasən X3 aldığı xəsarətlər YÜNGÜL zərər vurmaya aiddirdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.2-cimaddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləği aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. (5000x15% = 750 manat) Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur akta əsasən hadisə nəticəsində «VAZ 21154» markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur akta əsasən hadisə nəticəsində «HYUNDAİ ACCENT» markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobilə 3300 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 2817 nömrəli ödəniş tapşırığı ilə 100 manat məbləği «VAZ 21154» markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobilin idarə etmiş zərərçəkmiş şəxs X12 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 3300 manat məbləği «HYUNDAİ ACCENT» markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobilin idarə etmiş zərərçəkmiş şəxs X6 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 750 manat məbləği yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərərvuran xəsarətlər almış X5 ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: "xxxx" ASC ilə X14 arasında xx.xx.2020-ci il tarixli icrbari sığorta müqaviləsindən görünür ki, “KİA RİO” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə, yəni xx.xx.2021-ci ilədək icbari qaydada sığorta olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA61473 №-li 22 iyul 2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “KİA RİO” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “HYUNDAİ ACCENT” markalı və 99–HZ–091 dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı, 90–NF– 238 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Zərərlə bağlı X7 3300 manat ödəniş həyata keçirilməlidir. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA61474 №-li 27 iyul 2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “KİA RİO” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “HYUNDAİ ACCENT” markalı və 99–HZ–091 dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı, 90–NF– 238 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Zərərlə bağlı X12 100 manat ödəniş həyata keçirilməlidir. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA65766 №-li 22 iyul 2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “KİA RİO” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “HYUNDAİ ACCENT” markalı və 99–HZ–091 dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı, 90–NF– 238 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşması nəticəsində sərnişin X10 yüngül dərəcəli bədən xəsarəti almışdır. Zərərlə bağlı X5 750 manat ödəniş həyata keçirilməlidir. Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi X13 HK-1/125 №-li material üzrə 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə “KİA RİO” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil “HYUNDAİ ACCENT” markalı və 99–HZ–091 dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı, 90–NF–238 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşması ilə bağlı baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırma aparılmış, cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü, Cavabdeh1 barəsində isə İXM-nin 335.3-cü maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Səbai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan müəyyən olunur ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 129 saylı rəyinə əsasən 1996-cı il təvəllüdlü X3 bədəni üzərində burun sümüyünün ucunun repozisiya əməliyyatına (sınıq fraqmentlərinin yerinə oturdulması) ehtiyacı olmayan və bunun tənəffüsünün pozulmasına səbəb olmamış cüzi yerdəyişmə ilə qapalı sınığı, burun yəhərinin sıyrığı və sağ gözaltı nahiyyənin iç yarısının qançırı küt əşyanın təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə bə müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərburmaya aiddirlər. Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXMnin 332.4-cü(Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21154” markalı, 90–NF–238 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işləri, ümumilikdə 100 manat təşkil edir. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, hadisə nəticəsində “HYUNDAİ ACCENT” markalı, 99–HZ–091 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa işlərinin ümumi dəyəri 3300 manat təşkil edir. 28 iyul 2020-ci il tarixli 2817 saylı ödəniş tapşırığından görünür ki, PXA 611474 №-li qüsur aktına əsasən "xxxx" ASC tərəfindən X12 100 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil təslim aktından görünür ki, sığorta ödənişinin alınması üçün plastik kart "xxxx" ASC tərəfindən X8 təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil təslim aktından görünür ki, sığorta ödənişinin alınması üçün plastik kart "xxxx" ASC tərəfindən X5 təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il 3(009)-4/2021 №-li qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilirənək 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh2 izahatından görünür ki, o qazanc əldə etmək məqsədi ilə dostu Cavabdeh1 adına etibarnamə ilə “KİA RİO” markalı, **-TO-*** dövlət nömrə nişanlı avtomaşını icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələri olardı ki, idarə etdiyi “KİA RİO” markalı, **-TO-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı Salyan yolu ilə hərəkət edib Binə Ticarət Mərkəzinə sifariş əsasında müştəri arxasınca gedirdi. Bibiheybət yoluna yəni sağ tərəfə dönmək istəyən zaman onunla eyni istiqamətdə hərəkət edən avtomaşın siqnal verdiyi üçün o həmin avtomaşınla toqquşmağı səbəbindən idarə etdiyi avtomaşını bir qədər sola doğru çəkib və sola çəkən zaman qoşa xətti tapdalayıb qarşıdan hərəkət edən avtomaşınların hərəkət istiqamətinə çıxmışdır. Nəticədə qarşı tərəfdən əks istiqamət ilə, yəni Bibiheybət istiqamətindən hərəkətdə olan Hunday markalı avtomaşın ilə toqquşmuş və Hunday markalı avtomaşın isə eyni istiqamətdə hərəkət edən Vaz 21154 markalı avtomaşına dəyməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başladılar və daha sonra TTYS-nın həkimləri də gəlmişlər. Hunday markalı avtomaşınla xəsarət alan şəxsə tibbi yardım göstərilmişdir. Cavabdeh1 izahatından görünür ki, qazanc əldə etmək məqsədi ilə dostu Cavabdeh2 ilə birlikdə onun adına etibarnamə əsasında Kia-Rio markalı, **-TO-*** dövlət nömrə nişanlı avtomaşını icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. O şəxsi sürücü işlədiyi üçün öz işində olan zaman həmin avtomaşını dostu Rauf idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh2 sürücülük vəsiqəsi olmadığı üçün onun adına etibarnamə almaq mümkün olmamışdır. Lakin Raufun maddi vəziyyəti yaxşı olmadığı üçün öz aralarında razılaşma əsasında avtomaşını Rauf da idarə edir və taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. xx.xx.2020-ci il tarixdə günorta radələrindən sonra avtomaşını Rauf götürmüşdü. Həmin gün təxminən saat 18 radələri olardı ki, Rauf onunla əlaqə saxlayıb Səbail rayon ərazisində Su İdman sarayının yaxınlığında yol nəqliyyat hadisəsi törətməsini bildirdi və bundan sonra o hadisə yerinə yaxınlaşmışdır. Lakin hadisənin hansı şəkildə baş verməsindən onun məlumatı yoxdur. O hadisə yerinə çatdıqda artıq polis əməkdaşları müvafiq araşdırma aparıblar. “İcbari Sığorta Haqqında” Qanunun 25.1.3-cü bəndində görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 14-cü maddəsinə əsasən; 14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz; 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması: 14.2.3.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; 14.2.3.2. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; 14.2.3.3. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; 14.2.4. əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Qeyd olunan hüquq normaları ilə hazıki işin faktiki hallarını qarşılıqlı şəkildə tədqiq etməklə müəyyən olunur ki, Cavabdeh1 adına etibarnamə ilə istifadə etdiyi “KİA RİO” markalı, **-TO-*** markalı nəqliyyat vasitəsini sürülük hüququ olmayan şəxs Cavabdeh2 vermiş, sonuncu isə xx.xx.2020-ci il tarixdə həmin avtomobili idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “HYUNDAİ ACCENT” markalı 99–HZ–091 dövlət qeydiyyat nişanlı və “VAZ 21154” markalı, 90–NF–238 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, bunun nəticəsində hər iki avtomobilə maddi ziyan vurulmuş, eyni zamanda sərnişin olan X1 yüngül xəsarətlər yetirilmişdir. Tərtib edilmiş qüsür və sığorta aktlarına əsasən “HYUNDAİ ACCENT” markalı 99–HZ–091 dövlət qeydiyyat nişanlı avtomoilə 3300 manat, “VAZ 21154” markalı, 90–NF–238 dövlət qeydiyyat nişanlı avtomobilə isə 100 manat maddi ziyan dəymiş, Xanım Qasımovanın isə sağlamlığına vurulmuş ziyan 750 manat məbləğində hesablanmışdır. Qeyd olunan ziyan məbləğləri iddiaçı "xxxx" ASC tərəfindən faydalanan şəxslərə ödənilmişdir. Belə olan halda iddiaçının cavabdehlər X11 və Cavabdeh2 qarşı faydalanan şəxslərə ödənilmiş sığrota haqqını geri tələb etmək hüququ yaranmışdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, cavabdehlər X11 və Cavabdeh2 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, sonuncular məhkəmə iclasına gəlməməklə yanaşı iddiaya qarşı heç bir yazılı və ya şifahi qaydada etiraz bildirməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş zərərə görə 4150 manat və dövlət rüsumuna görə ödənilmiş 61.50 manat və bank xidməti görə 0,40 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş zərərə görə 4150 manat və dövlət rüsumuna görə ödənilmiş 61.50 manat və bank xidməti görə 0,40 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-907/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-907/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver