Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-910/2025 26.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, iddiaçı «Xalq Sığorta” ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi üzrə» kiçik iddialara dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «Xalq Sığorta” ASC cavabdeh X1rşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi üzrə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.010 manat sığorta ödəniş məbləğinin və 50 manat dövlət rüsumunun tutularaq, iddiaçı «Xalq Sığorta” ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 17:30 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində Cavabdeh oğlunun idarə etdiyi və idiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Opel Vectra” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlıavtomobil “Nissan Primera” markalı, **-RE-*** və “Kia Rio” markalı, 99- TF-689 dövlət qeydiyyat nişanlıavtomobillə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP 5162473№-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Nissan Primera” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 900,00 (doqquz yüz) manat, “Kia Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər isə 2110,00 (iki min yüz on) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA116026/22 və PXA116028/22 saylı sığorta aktları tərtib edilməklə dəymiş zərərə görə “Nissan Primera” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 900,00 (doqquz yüz) manat, Kia Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 2110,00 (iki min yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. (Ümumilikdə 3010,00 (iyirmi altı) manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. İş materiallarına daxil edilmiş “İcbari Sığorta Müqaviləsinə dair Məlumat”-dan görünür ki, «Xalq Sığorta” ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində sığorta müqaviləsi bağlanmış və PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Opel Vectra” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. İş materiallarına daxil edilmiş Nizami DYPŞ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP5162473 №-li inzibati tənbehvermə haqqında qərardan görünür ki, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.6-cı maddələrndə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 100 mnat cərimə edilmişdir. İş materiallarına daxil edilmiş PXA116028 nömrəli “Sığorta Aktın”dan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Opel Vectra” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan Primera” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, yol nəqliyyat hasisəsi zamanı “Nissan Primera” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 900 manat dəyərində ziyan «Xalq Sığorta” ASC tərəfindən ödənilmişdir. İş materiallarına daxil edilmiş PXA116026 nömrəli “Sığorta Aktın”dan görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Opel Vectra” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan Primera” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hasisəsi zamanı “Kia Rio” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2.100 manat dəyərində ziyan «Xalq Sığorta” ASC tərəfindən ödənilmişdir. İş materiallarına daxil edilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-2466 nömrəli bildirişdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh «Xalq Sığorta” ASC-nə 3.010 manat məbləğində sığorta borcu olduğu və 7 iş günü ərzində borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Elektron kabinet vasitəsilə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki «Xalq Sığorta” ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığorta alanın müvafiq sığorta aktı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risqlərlə, itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişiməbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sığorta ödənişinə dair 3.010 manat pul vəsaiti və 50 manat dövlət rüsumu tutularaq, iddiaçı «Xalq Sığorta” ASC-yə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh sığorta ödənişinə dair 3.010 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti iddiaçı «Xalq Sığorta” ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-910/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-910/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver