Məhkəmə qərarları › İş №e-2(049)-98/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-98/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-98/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2250 manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 42,50 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri "xxxx" ASC-də (bundan sonra – Cəmiyyət və ya İddiaçı) xx.xx.2022-ci il tarixli, PAG**********-1 şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Accent” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində piyadalar X5 və X2 zərərvurmaya aid xəsarət almışdırlar. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində X1 az ağır zərər vurmaya görə1 500 (bir min beş yüz) manat və X2 yüngül zərər vurmaya görə750 (yeddi yüz əlli) manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 2 250 (iki min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ********* nömrəli xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Hyundai Accent” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 891 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X3 az ağır zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 899 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X7 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1829/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində X3 və X2 zərər vurmaya görə ümumillikdə ödənilmiş 2 250 (iki min iki yüz əlli) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilsə də, o bu günədə qədər ödənişi həyata keçirməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə göndərilən müraciətdə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərmişdir ki, idarə etdiyi “HYUNDAİ ACCENT” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərinin ərazisində yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı piyadalar X5 və X10 xəsarət almışlar. O, X4 dəymiş maddi ziyanı ödəməklə onunla barışıq əldə etmiş və bu səbəbdən onun barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan hissəsi üzrə icraata xitam verilmiş, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə olan hissəsi üzrə isə o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu səbəbdən o, iddia tələbini yalnız X7 aldığı bədən xəsarəti ilə bağlı ödənilmiş 750 manat sığorta ödənişi həcmində qəbul etdiyini, X4 ödənilmiş 1500 manat sığorta ödənişi həcmində isə qəbul etmədiyni bildirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli PAG********** nömrəli sığorta müqaviləsinə dair məlumatın surətindən müəyyən edilir ki, “HYUNDAİ ACCENT” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomo bilin sahibi X6 adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə (əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat) sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 891 nömrəli və 899 nömrəli məhkəmə tibbi ekspertizasının rəylərinin surətlərindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır dərəcəli, X2 yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərinin ərazisində “HYUNDAİ ACCENT” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həmin avtomobili idarə edən şəxs - hazırki iş üzrə cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham elan edilmiş, eyni zamanda, X7 aldığı yüngül dərəcəli bədən xəsarəti ilə bağlı cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti müvafiq orqana göndərilmişdir. İş materiallarına əlavə edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilərək həmin hadisə nəticəsində X1 az ağır dərəcəli, X2 yüngül dərəcəli bədən xəsarətləri yetirildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə xx.xx.2023-cü il tarixli A-PAG 0298/23 nömrəli və A- PAG 0297/23 nömrəli məhkəmə sığorta aktlarının və xx.xx.2023-cü il tarixli 006XOH********** nömrəli və 006XOH********** nömrəli ödəniş sənədlərinin surətlərindən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır zərər vurulmasına görə 1500 manat, X2 yüngül zərər vurulmasına görə 750 manat həmin şəxslərə (X8 aid vəsait də anası X4) iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş, hazırki iş üzrə cavabdehin Azərbaycan Respublikası CMnin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-174/2023 nömrəli hökmünün və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(106)-465/2023 nömrəli qərarının surətlərindən müəyyən edilir ki, həmin iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı ilə cinayət işinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan hissəsi üzrə icraata zərərçəkmiş şəxslə barışıq əldə edilməsi əsası ilə xitam verilmiş, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə olan hissəsi üzrə isə hazırki iş üzrə cavabdehin barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd olunan yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, iddiaçı tərəfindən X4 və X8 ödənilmiş cəmi 2250 manat vəsaitin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 42,50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “HYUNDAİ ACCENT” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyadalar X5 və X10 xəsarət almışlar. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır zərər vurulmasına görə 1500 manat, X2 yüngül zərər vurulmasına görə 750 manat olmaqla, cəmi 2250 manat sığorta ödənişi iddiaçı tərəfindən həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılaraq hadisənin baş verməsində hazırki iş üzrə cavabdeh təqsirli bilinmiş və o, X3 aldığı az ağır dərəcəli bədən xəsarəti ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət işinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan hissəsi üzrə icraata zərərçəkmiş şəxslə barışıq əldə edilməsi əsası ilə xitam verilmiş, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə olan hissəsi üzrə isə cavabdehin barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd olunan yekun məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Eyni zamanda, X7 aldığı yüngül dərəcəli bədən xəsarəti ilə bağlı cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada tənbeh edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X5 və X7 xəsarət almaları ilə əlaqədar onlara ödənilmiş cəmi 2250 manat sığorta məbləği iddiaçı tərəfindən ödənilmişdir. 2250 manat məbləğin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı geriyə tələb (subroqasiya) qaydasında cəmi 2250 manat sığorta məbləğinin və 42,50 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehin cinayət və inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq orqanların qərarlarına, sığorta müqaviləsinə dair məlumata, məhkəmə tibbi ekspertizasının rəylərinə, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə sığorta aktlarına və ödəniş sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qismən yalnız X7 aldığı bədən xəsarəti ilə bağlı ödənilmiş 750 manat sığorta ödənişi həcmində qəbul edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinin digər hissəsinə etirazının əsası olaraq X4 dəymiş maddi ziyanı ödəməklə onunla barışıq əldə etməsi və bu səbəbdən onun barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan hissəsi üzrə icraata xitam verilməsi ilə əsaslandırır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.4-cü maddəsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1 və 25.1.8-ci maddələrinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddələrinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddələrinə əsasən Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Məhkəmə iddia tələbinin X1 az ağır zərər vurulmasına görə iddiaçı tərəfindən 1500 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən geri tələb edilməsinə dair hissəsi və iddia tələbinin həmin hissəsi ilə bağlı cavabdehin X5 ilə barışıb razılıq əldə edilməsi barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar cavabdehin Cinayət Məcəlləsinin 264-cü maddəsi (nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması) ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılması barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı ilə təkzib edilmişdir. Cavabdehin qeyd olunan maddə ilə məhkum edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.8 və 63.1-ci maddələrində nəzərdə tutulmuş əsaslarla onun subroqasiya qaydasında maddi məsuliyyətə cəlb edilməsi üçün bilavasitə əsas verir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerini tərk etdiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin barəsində olan cinayət işinin ibtidai və ya məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslə barışıb razılıq əldə edilməsi mülki məsuliyyətin icbari sığortası hallarında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində digər şəxsin sağlamlığına vurulmuş və sığortaçı tərəfindən ödənilmiş zərərin əvəzinin sığorta olunan tərəfindən subroqasiya qaydasında geriyə ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatlara tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin X2 yüngül zərər vurulmasına görə iddiaçı tərəfindən 750 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən geri tələb edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, X7 aldığı yüngül dərəcəli bədən xəsarəti ilə bağlı cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada tənbeh edilməsi iddiaçının dəlilləri ilə yanaşı cavabdehin özünün etirafı ilə də təsdiq edilmişdir. Cavabdeh özü də iddia tələbinin həmin hissəsini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunan hüquq normalarının ümumi məzmununun təhlilindən göründüyü kimi, sığorta hadisəsi mövcud olduqda, əmlaka və sağlamlığa dəymiş zərərə görə icbari sığorta müqaviləsində müəyyən edilmiş sığorta ödənişinin sığortaçı tərəfindən verilməsi qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş haldır. Hazırki iş üzrə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edildiyi iş materialları ilə təsdiq edilmişdir. Eyni zamanda, sığortaçının sığorta ödənişini verməkdən imtina edə bilməsi halları da qanunvericilikdə konkret olaraq göstərilmişdir ki, hazırki vəziyyətdə həmin hallardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Cavabdehin cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsi və inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsinə dair müvafiq qərarlarla yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması, eyni zamanda, onun hadisə baş verdikdən sonra hadisə yerindən yayınması faktı sübuta yetirildiyinə, cavabdeh özü də inzibati məsuliyyətini mübahisələndirmədiyinə, onun əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərin sağlamlığına vurulmuş zərərin əvəzi olaraq iddiaçı tərəfindən X4 ödənilmiş 1500 manat və X8 ödənlmiş 750 manat - cəmi 2250 manat sığorta ödənişi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 42,50 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərin sağlamlığına vurulmuş zərərin əvəzi olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 ödənilmiş 1500 manat və X8 ödənlmiş 750 manat - cəmi 2250 manat sığorta ödənişi məbləği və 42,50 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar