Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1138/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2690 manat məbləğində vəsaitin, 50 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-ə məxsus ** PY *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində həmin avtonəqliyyat vasitəsilə yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ** EY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı və ** VV *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** EY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı və ** VV *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkənlər tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** EY *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E200 markalı və ** VV *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitələrinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 2690 (iki min altı yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 2690 (iki min altı yüz doxsan) manat məbləğində sığorta ödənişi zərərçəkən şəxslərin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh (lərə) məktub göndərilmiş, lakin cavabdeh (lər) həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin hüquqşünası Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə və ondan 2690 manat borcun ondan tutulmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli Sığorta aktından görünür ki, Mercedes Benz E200 markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi sığortalamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi ərazisində sığorta hadisəsi baş vermişdir. X4 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 890 (səkkiz yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, Chevrolet Cruze markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi miqdarı 1800 (bir min səkkiz yüz) manat müəyyən edilmişdir. X3 dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 1800 (bir min səkkiz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Bakı şəhəri DYPB-nin xx.xx.2022-ci il tarixdə İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cü maddələri ilə təqsirli bilinmişdir. İşdə olan Bakı şəhəri DYPB-nin xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cü maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli PPA ********** nömrəli İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Khazar SD markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixə kimi sığortalanmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsi ərizəsinin nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi Khazar SD markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Mercedes Benz E200 markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə və Chevrolet Cruze markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil zərər dəymişdir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq dəymiş maddi ziyana görə sığorta məbləği həddində cəmi 2690 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir, ona görə də, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərcidə Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2690 manat məbləğində pul vəsaiti, 50 manat dövlət rüsum, 0.40 manat bank xidməti xərci alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-1138/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1138/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver