Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1194/2025 21.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri Masallı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399.90 manat əsas 59.90 manat cərimə ümumilikdə 459.80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi xx.xx.2025-ci il tarixdən əvvəl ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. İddiaçı MMC tərəfindən Epul vasitəsi ilə ödənilmiş (xx.xx.2025-ci il tarixli, çek nömrəsi: 73209607, mədaxil qəbz: **********, xidmət istifadəçisi kodu: 14221102, transaksiya nömrəsi: ********) 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı MMC tərəfindən Epul vasitəsi ilə ödənilmiş (xx.xx.2025-ci il tarixli, çek nömrəsi: 73209607, mədaxil qəbz: **********, xidmət istifadəçisi kodu: 14221102, transaksiya nömrəsi: ********) 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(050)-1194/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1194/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver