Məhkəmə qərarları › İş №e-2(050)-1195/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1195/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1195/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********55067 Xiaomi Redmi A3 markalı telefon üçün, 240.3 manat ödənilməmiş hissə, 24.03 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********96668 X2 12 markalı telefon üçün 28.3 manat ödənilməmiş hissə, 2.83 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, Hoffmann TV üçün, 278.1 manat ödənilməmiş hissə, 27.81 manat cərimə, ümumilikdə 601.37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının dəlilləri: iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İMEİ kod **********55067 Xiaomi Redmi A3 markalı telefon, İMEİ kod **********96668 X2 12 markalı telefon, Hoffmann TV almış və nəticədə 601.37 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 385.44 manat (12 ay x 32.12 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********55067 Xiaomi Redmi A3 markalı telefon üçün ümumilikdə, 264.33 manat olmaqla ondan, 240.3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.03 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 777.06 manat (18 ay x 43.17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********96668 X2 12 markalı telefon üçün ümumilikdə, 31.13 manat olmaqla ondan, 28.3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.83 manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 455.94 manat (18 ay x 25.33 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann TV üçün ümumilikdə, 305.91 manat olmaqla ondan, 278.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 27.81 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində X1 3 il (KONTAKT) xidmətindən imtina etmiş və məhsul 65 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 80.14 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 65 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 926.6 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək oğlunun 1-ci qrup əlil olduğunu, onunla əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin, məhkəməyə yazılı etiraz ərizəsi ünvanlayaraq, qanunsuz olaraq işdən çıxarıldığını, aldığı əlillik müavinətinin vaxtının bitdiyini, dolanışığının olmamasını göstərərək kredit öhdəliyini icra edə bilmədiyini qeyd etmiş, cərimə borclarının ləğv edilməsini və cərimə üçün ödədiyi 50 manat pulun kredit borcundan silinməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18866322 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 32.12 manat ödəməklə (ilkin ödəniş 0 manat) 385.44 manat dəyərində İMEİ kod **********55067 Xiaomi Redmi A3 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 02024189 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 43.17 manat ödəməklə (ilkin ödəniş 0 manat) 777.06 manat dəyərində İMEİ kod **********96668 X2 12 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 09381863 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 25.33 manat ödəməklə (ilkin ödəniş 0 manat) 455.94 manat dəyərində Hoffmann TV satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 240.3 manat ödənilməmiş hissə, 24.03 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.3 manat ödənilməmiş hissə, 2.83 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 278.1 manat ödənilməmiş hissə, 27.81 manat cərimə; cəmi 601.37 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 18866322 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 385.44 manat olan İMEİ kod **********55067 Xiaomi Redmi A3 markalı telefon hissə-hissə, yəni 12 ay müddətində hər ay 32.12 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli, 02024189 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 777.06 manat olan İMEİ kod **********96668 X2 12 markalı telefon hissə-hissə, yəni 18 ay müddətində hər ay 43.17 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli, 09381863 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 455.94 manat olan Hoffmann TV hissə-hissə, yəni 18 ay müddətində hər ay 25.33 manat ödəmək şərti ilə satılmış, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməyərək, aylıq ödənişlərində müəyyənləşdirilmiş məbləğdən az ödəniş etmiş, aldığı əşyaların dəyərini tam şəkildə ödəməmiş, onun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 240.3 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.3 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 278.1 manat əsas borcu yaranmışdır. Müqavilədə ödənişlər üzrə gecikmələr olduğu halda penya ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən əsas borc məbləğləri ilə bağlı etiraz bildirilməmiş, lakin cərimə məbləğləri ilə razılaşmadığını bildirərək, azaldılmasını xahiş etmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh həmin ərizədə qanunsuz olaraq işdən çıxarıldığını, aldığı əlillik müavinətinin vaxtının bitdiyini, dolanışığının olmamasını göstərərək kredit öhdəliyini icra edə bilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin göstərdiyi əsaslardan heç biri onu kredit öhdəliyindən azad edən hallar hesab edilə bilməz. Çünki vətəndaş kredit götürdüyü zaman gələcəkdə maddi vəziyyətində dəyişikliklərin olmasını da nəzərə alaraq, həmin kredit öhdəliyini götürmüş və bununla bağlı müqaviləni imzalamışdır. Məhkəmə cavabdehin hesablanmış cərimə məbləğləri ilə bağlı etirazının isə əsaslı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli, 18866322 saylı müqavilə üzrə 2.4 manat, xx.xx.2023-cü il tarixli, 02024189 saylı müqavilə üzrə 0.28 manat, xx.xx.2023-cü il tarixli, 09381863 saylı müqavilə üzrə 2.78 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 240.3 manat ödənilməmiş hissə, 2.4 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.3 manat ödənilməmiş hissə, 0.28 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 278.1 manat ödənilməmiş hissə, 2.78 manat cərimə, cəmi 552.16 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 240.3 manat ödənilməmiş hissə, 2.4 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 28.3 manat ödənilməmiş hissə, 0.28 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 278.1 manat ödənilməmiş hissə, 2.78 manat cərimə, cəmi 552.16 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar