Məhkəmə qərarları › İş №e-2(050)-1248/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1248/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1248/2025 09.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********82551 olan “İphone 15 Pro” markalı telefon. 24 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77640 olan “İphone 14” markalı telefon və “Apple” adapter. 18 iyul 2024-cü il tarixli müqaviləyə əsasən “Xiaomi Mi” TV Stick. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 2906,50 manat ödənilməmiş hissə, 290,65 manat cərimə, 24 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 568,70 manat ödənilməmiş hissə, 56,87 manat cərimə, 18 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 110 manat ödənilməmiş hissə, 11 manat cərimə. Ümumilikdə üç müqavilə üzrə 3943,72 manat borc və 59,44 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları, maliyyə arayışları, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********82551 olan “İphone 15 Pro” markalı telefon, 24 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********77640 olan “İphone 14” markalı telefon və “Apple” adapter, 18 iyul 2024-cü il tarixli müqaviləyə əsasən “Xiaomi Mi” TV Stick almış lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 2906,50 manat əsas borc, 50 manat cərimə, 24 iyun 2023-cü il tarixli müqaviləyə əsasən 568,70 manat əsas borc, 20 manat cərimə, 18 iyul 2024-cü il tarixli müqaviləyə əsasən 110 manat əsas borc və 11 manat cərimə, ümumilikdə üç müqavilə üzrə 3666,20 (üç min altı yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində borc və 59,44 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar