Məhkəmə qərarları › İş №e-2(050)-1256/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1256/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1256/2025 09.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 29 dekabr 2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Honor” markalı telefon. 28 mart 2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Taube” markalı televizor və kranştein. 07 dekabr 2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən “Prance” markalı qaz peçi. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 29 dekabr 2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 130,90 manat əsas borc, 19,60 manat cərimə, ümumilikdə 150,50 manat borc, 28 mart 2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1209,50 manat əsas borc, 181,40 manat cərimə, ümumilikdə 1390,90 manat borc, 07 dekabr 2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 129,90 manat əsas borc, 19,40 manat cərimə, ümumilikdə 149,30 manat borc. Ümümilikdə üç müqavilə üzrə 1470,30 manat əsas borc, 220,40 manat cərimə, cəmi 1690,70 manat borc və 36,91 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, alqı-satqı müqavilələrinin 1 saylı Əlavəsi, ödəniş cədvəlləri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh 29 dekabr 2023-cü il tarixli ********* nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən “Honor” markalı telefon, 28 mart 2024-cü il tarixli ********* nömrəli nisyə alğı-satqı müqaviləsi əsasən “Taube” markalı televizor və kranştein, 07 dekabr 2023-cü il tarixli ********* nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən “Prance” markalı qaz peçi almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 dekabr 2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 130,90 manat əsas borc, 10 manat cərimə, cəmi 140,90 manat borc, 28 mart 2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1209,50 manat əsas borc, 30 manat cərimə, cəmi 1239,50 manat borc, 07 dekabr 2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 129,90 manat əsas borc, 10 manat cərimə, cəmi 139,90 manat borc, ümümilikdə üç müqavilə üzrə 1520,30 (min beş yüz iyirmi manat otuz qəpik) manat məbləğində borc və 36,91 (otuz altı manat doxsan bir qəpik)manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar