Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1402/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə X2 1 il (kontakt) xidməti, İMEİ KODU **********21154 Samsung Galaxy A54 5G markalı telefon Samsung 25W Charger, Paket XXXL xidməti, X2 1 il (kontakt) xidməti 2 ədəd, İMEİ KODU **********35714 Samsung Galaxy A14 markalı telefon, İMEİ KODU **********27293 Samsung Galaxy A34 markalı telefon almış və nəticədə 729.84 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1294.92 manat (18 ay x 71.94 manat + 0 manat ilkin ödəniş) olan X2 1 il (kontakt) xidməti, İMEİ KODU **********21154 Samsung Galaxy A54 5G markalı telefon üçün ümumilikdə, 379.34 manat olmaqla ondan, 323.40 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 32.34 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1789.56 manat (18 ay x 93.87 manat + 99.90 manat ilkin ödəniş) olan Samsung 25W Charger, Paket XXXL xidməti, X21 İL (Kontakt) xidməti 2 ədəd, İMEİ KODU **********35714 Samsung Galaxy A14 markalı telefon, İMEİ KODU **********27293 Samsung Galaxy A34 5G markalı telefon üçün ümumilikdə, 350.50 manat olmaqla ondan, 318.64 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.86 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********27293 Samsung Galaxy A34 5G markalı telefondan, X2 1 il (kontakt) xidmətindən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 1081.56 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 389.36 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1081.56 manat, ümumilikdə, 1470.92 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 971.52 manat təşkil edir. İddiaçının tələbi: xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, X21 il (kontakt) xidməti, İMEİ KODU **********21154 Samsung Galaxy A54 5G markalı telefon üçün 323.40 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 32.34 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Samsung 25W Charger, Paket XXXL xidməti, X2 1 il (kontakt) xidməti 2 ədəd, İMEİ KODU **********35714 Samsung Galaxy A14 markalı telefon, İMEİ KODU **********27293 Samsung Galaxy A34 5G markalı telefon üçün 318.64 manat ödənilməmiş hissə, 31.86 manat cərimə, ümumilikdə 729.84 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən "xxxx" MMC-nin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli, 03695481 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh Samsung 25W Charger, Paket XXXL xidməti, X2 1 il (kontakt) xidməti 2 ədəd, İMEİ KODU **********35714 Samsung Galaxy A14 markalı telefon, İMEİ KODU **********27293 Samsung Galaxy A34 5G markalı telefon verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03695481 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2023-cü il tarixli, 04085234 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh X2 1 il (kontakt) xidməti, İMEİ KODU **********21154 Samsung Galaxy A54 5G markalı telefon verilmişdir. Bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03695481 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iki müqavilə üzrə 642,04 manat ödənilməmiş hissə, 64.204 manat cərimə borcu ümumilikdə 729.84 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İMEİ KODU **********21154 Samsung Galaxy A54 5G markalı telefon açılıb bağlanması xidmətlərinə görə X1 23,60 manat pul ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30.00 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, "xxxx" MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xx.xx.2025-ci il tarixində xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi cərimə borcun ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləği azaldaraq hər iki müqavilə üzrə 5 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə üzrə 323.40 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 318.64 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 675,64 (altı yüz yetmiş beş manat 64 qəpik) manat borc iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 31,86 manat dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə üzrə 323.40 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu üçün ödənilən 23.6 manat rüsum, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 318.64 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 675,64 (altı yüz yetmiş beş manat 64 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-1402/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1402/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver