Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1452/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1440 (bir min dörd yüz qırx manat) manat məbləğində sığorta ödənişi, 34,40 (otuz dörd manat 40 qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 1474,80 (bir min dörd yüz yetmiş dörd manat 80 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində təşkilatın tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X3 arasında bağlanmış 05 fevral 2023-cü il tarixli AS-F 055/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Chery Tiggo 8 Pro” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Masallı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Vaz 21013 minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 1440 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Vaz 21013 minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 339.1-1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1440 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1877/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro” markalı ** UD *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 1440 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli A- AS-476/23 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən “Chery Tiggo 8 Pro” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə kimi sığortalanmışdır. "xxxx" ASC tərəfindən 1440 manat məbləğində pul vəsaiti X1 hesabına ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “Chery Tiggo 8 Pro” markalı, ** UD *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 1440 (bir min dörd yüz qırx) manat olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 1440 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Masallı RPŞ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Masallı RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AS-F 005/23 saylı Sığorta şəhadətnaməsindən görünür ki, “Chery Tiggo 8 Pro” markalı, ** UD *** qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi sığortalamışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh 29 noyabr 2023-cü il tarixdə idarə etdiyi “Vaz 21013 minik” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Chery Tiggo 8 Pro” markalı ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq dəymiş maddi ziyana görə sığorta məbləği həddində cəmi 1440 manat məbləğində sığorta ödənişi etmiş və hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir, ona görə də, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1440 manat məbləğində sığorta ödənişi, 34.40 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 1474.80 manat pul vəsaiti tutularaq "xxxx" ASCyə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-1452/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1452/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver