Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1460/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək 24 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21243 olan “X3 8” markalı telefon üçün 207,70 manat ödənilməmiş hissə, 20,30 manat cərimə, 20 iyul 2020-ci il tarixli müqaviləyə əsasən “Hoffmann SİAC” markalı kondisioner üçün 487,40 manat ödənilməmiş hissə, 48,60 manat cərimə,19 noyabr 2020ci il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı LD TV üçün 326 manat ödənilməmiş hissə, 32 manat cərimə, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94307 olan “X3 9T” markalı telefon üçün 492 manat ödənilməmiş hissə, 49 manat cərimə, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən, X1 X2 məbləğ 28 manat ödənilməmiş hissə, 18 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, məhsulun təmiri üçün 51 manat ödənilməmiş hissə,ümumilikdə 1742 manat borcun və 37,42 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 24 iyun 2020-ci il tarixli, 20 iyul 2020-ci il tarixli, 19 noyabr 2020-ci il tarixli, 12 mart 2021-ci il tarixli, 12 mart 2021-ci il tarixli və 18 iyun 2021-ci il tarixli müqavilələrə əsasən X1 X2 Məbləğ, Məhsulun Təmiri, İMEİ kodu **********21243 olan “X3 8” markalı telefon, “Hoffmann” markalı LD TV, İMEİ kodu **********94307 olan “X3 9T” markalı telefon, “Hoffmann SİAC” markalı kondisioner üçün 1742 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 691,20 manat (18 ay x 35,90 manat +45 manat ilkin ödəniş) İMEİ kodu **********21243 olan “X3 8” markalı telefon üçün ümumilikdə 228 manat olmaqla, ondan 207,70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20,30 manat cərimə,20 iyul 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 792 manat (24 ay x 33 manat +0 manat ilkin ödəniş) “Hoffmann SİAC” markalı kondisioner üçün ümumilikdə 536 manat olmaqla, ondan 487,40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48,60 manat cərimə,19 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 436,80 manat (24 ay x 18,20 manat +0 manat ilkin ödəniş) “Hoffmann” markalı LED TV üçün ümumilikdə 358 manat olmaqla, ondan 326 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 manat cərimə,12 mart 2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 598 manat (18 ay x 29 manat +76 manat ilkin ödəniş) İMEİ kodu **********94307 olan “X3 9T” markalı telefon üçün ümumilikdə 541 manat olmaqla, ondan 492 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 manat cərimə,18 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 55 manat (3 ay x 17 manat +4 manat ilkin ödəniş) Məhsulun təmiri üçün 51 manat pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1023,90 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa, cavabdehlə aralarında bağlanmış 24 iyun 2020-ci il tarixli, 20 iyul 2020-ci il tarixli, 19 noyabr 2020-ci il tarixli, 12 mart 2021-ci il tarixli, 12 mart 2021-ci il tarixli və 18 iyun 2021-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş 28 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli oğlduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 24 iyun 2020-ci il tarixli, 20369238 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə, 691,20 manat dəyərində “X3 8” markalı telefon satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 20 iyul 2020-ci il tarixli, 21025455 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 24 ay müddətinə, 792 manat dəyərində “Hoffmann SİAC” markalı kondisioner satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19 noyabr 2020-ci il tarixli, 22058757 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 24 ay müddətinə, 436,80 manat dəyərində “Hoffmann” markalı LED TV satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12 mart 2021-ci il tarixli, 22371726 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə, 598 manat dəyərində “X3 9T” satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12 mart 2021-ci il tarixli, 22371793 saylı razılaşmanın surətindən görünür ki, 09 mart 2021-ci il tarixli, 22363050 saylı müqaviləyə üzrə əldə edilmiş, "xxxx" MMC ilə Cavabdeh arasında “X3 9” 3 Gb/64Gb markalı, **********68107 seriya nömrəli mal müştərinin istəyi ilə qaytarılır (dəyişdirilir). Qaytarılma (dəyişdirlimə) anında malın əmtəə görnüşünün pozulması nəticəsində "xxxx" MMC-yə 43 manat məbləğində zərər dəymiş və müştəri 3 ay ərzində həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 iyun 2021-ci il tarixli, 23150579 saylı razılaşmanın surətindən görünür ki, Cavabdeh məhsulun təmiri üçün "xxxx" MMC-yə 3 ay ərzində 51 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə edilmiş 30 mart 2023-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə 24 iyun 2020-ci il tarixli, 20369238 saylı müqaviləyə əsasən 207,70 manat əsas, 20,30 manat cərimə, cəmi 228 manat, 20 iyul 2020-ci il tarixli, 21025455 saylı müqaviləyə əsasən 487,40 manat əsas, 48,60 manat cərimə, cəmi 536 manat, 19 noyabr 2020-ci il tarixli, 22058757 saylı müqaviləyə əsasən 326 manat əsas, 32 manat cərimə, cəmi 358 manat, 12 mart 2021-ci il tarixli, 22371726 saylı müqaviləyə əsasən 492 manat əsas, 49 manat cərimə, cəmi 541 manat, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən, X1 pozulmasına görə 28 manat əsas borc, 18 iyun 2021-ci il tarixli, 23150579 razılaşmaya əsasən məhsulun təmiri üçün 51 manat borc olmaqla ümumilikdə 1742 manat borcu vardır. Göründüyü kimi Cavabdeh nisyə alqı-satqı müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, 24 iyun 2020-ci il tarixli, 20369238 saylı, 20 iyul 2020-ci il tarixli, 21025455 saylı, 19 noyabr 2020-ci il tarixli, 22058757 saylı, 12 mart 2021-ci il tarixli, 22371726 saylı nisyə alqı-satqı müqavilələrinə, 12 mart 2021-ci il tarixli, 22371793 saylı və 18 iyun 2021-ci il tarixli, 23150579 saylı razılaşmalara əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı əşyalar üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) manat 42 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 24 iyun 2020-ci il tarixli, 20369238 saylı müqaviləyə əsasən əsas borca görə 207,70 manat, cərimə borcuna 20,30 manat, cəmi 228 manat, 20 iyul 2020-ci il tarixli, 21025455 saylı müqaviləyə əsasən əsas borca görə 487,40 manat, cərimə borcuna 48,60 manat, cəmi 536 manat, 19 noyabr 2020-ci il tarixli, 22058757 saylı müqaviləyə əsasən əsas borca görə 326 manat, cərimə borcuna 32 manat, cəmi 358 manat, 12 mart 2021-ci il tarixli, 22371726 saylı müqaviləyə əsasən əsas borca görə 492 manat, cərimə borcuna 49 manat, cəmi 541 manat, 12 mart 2021-ci il tarixli müqaviləyə əsasən, X1 pozulmasına görə 28 manat borcun, 18 iyun 2021-ci il tarixli, 23150579 razılaşmaya əsasən məhsulun təmiri üçün 51 manat borcun və dövlət rüsumuna görə 37,42 manat olmaqla, ümumilikdə 1779 (bir min yeddi yüz yetmiş doqquz) manat 42 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1460/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1460/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver