Məhkəmə qərarları › İş №e-2(050)-1465/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1465/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1465/2025 07.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı "xxxx" MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən “LG” markalı tv. 25 may 2024-cü il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu, “Ultra” qızıl zəmanət 1 il xidmət. 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan “Ultra” qızıl zəmanət 2 il xidmət. Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 818,20 manat ödənilməmiş hissə, 81,82 manat cərimə, 25 may 2024-cü il tarixli müqaviləyə əsasən 1114,50 manat ödənilməmiş hissə, 111,45 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1307,90 manat ödənilməmiş hissə, 130,79 manat cərimə. Ümumilikdə 3564,66 manat borc və 55,65 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəllər, əşyaların təhvil-təslim aktları, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən “LG” markalı tv, 25 may 2024-cü il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu, 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 01 noyabr 2024-cü il, 25 may 2024-cü il və 03 sentyabr 2024-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 818,20 manat əsas borc, 20 manat cərimə, 25 may 2024-cü il tarixli müqaviləyə əsasən 1114,50 manat əsas borc, 30 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən 1307,90 manat əsas borc 40 manat cərimə, ümumilikdə 3330,60 ( üç min üç yüz otuz manat altmış qəpik) manat məbləğində borc və 55,65 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMCnin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar