Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1541/2025 14.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı QSC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: Abbaslı Qasım Cəmiyyətdin oğlu ilə Cavabdeh arasında bağlanmış QCB000607 saylı 23 fevral 2024-cü il tarixli Nisyə Alğı-satqı müqaviləsi. İddiaçı QSC ilə Abbaslı Qasım Cəmiyyətdin oğlu arasında imzalanan R-2010/23 nömrəli, 24 fevral 2023-cü il tarixli Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan saziş. Müqavilənin predmeti - nisyə alğı-satqı müqaviləsi. Tələb olunan məbləğ: 23 fevral 2024-cü il tarixli müqavilə üzrə 585 manat əsas borc, 87,75 manat cərimə, ümumilikdə 672,75 manat, 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı. Sübutlar: Alğı-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə, arayış, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh QCB000607 saylı 23 fevral 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi əsasında Abbaslı Qasım Cəmiyyətdin oğlundan mallar almışdır. İddiaçı QSC ilə Abbaslı Qasım Cəmiyyətdin oğlu arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Abbaslı Qasım Cəmiyyətdin oğlunun Cavabdeh qarşı olan 672,75 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Bu barədə borcluya bildiriş verilmişdir. Lakin borclu borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 585 manat əsas borc, 20 manat cərimə, ümumilikdə 605 (altı yüz beş) manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı İddiaçı QSC -nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-1541/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1541/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver