Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-157/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh 1685 manat məbləğində vurulmuş zərərin, 36.85 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin 28 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “QAZ 33021” markalı, 10–JF–200 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il yanvarın 11-də Cavabdeh idarə etdiyi “QAZ 33021” markalı, 10–JF–200 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində “VAZ 21074” markalı, 90–ZM–091 dövlət nömrə nişanlı və “QAZ 31105 120” markalı, 10–MO–755 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır, həmin hadisə ilə bağlı Bakı şəhər DYPİ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYPİ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 337 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “QAZ 31105 120” markalı, 10–MO–755 dövlət nömrə nişanlı avtomobilə 785 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 376 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, 90–ZM–091 dövlət nömrə nişanlı avtomobilə 900 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 785 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 900 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Odur ki, Cavabdeh 1685 manat, 36.85 manat dövlət rüsumu tələb olunur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyək bildirmişdir ki, maddi ziyanın dəyməsinə görə özünü təqsirli bilmir, onun günahı yoxdur, ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 26 oktyabr 2020-ci il tarixli, PXA********** nömrəli İcbari sığorta müqaviləsinə dair elektron məlumatdan görünür ki, "xxxx" MMC “QAZ 33021” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı, avtomobili "xxxx" ASC-də 26 oktyabr 2020-ci il tarixdən 26 oktyabr 2021ci il tarixədək icbari qaydada sığortalamışdır. Sığorta ödənişinə dair PXA79200 nömrəli aktdan görünür ki, "xxxx" ASC X2 “VAZ 21074” markalı, **-ZM-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyana görə 900 manat pul ödənilmişdir. Sığorta ödənişinə dair PXA79131 nömrəli aktdan görünür ki, "xxxx" ASC X3 “QAZ 31105” markalı, **-MO-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyana görə 785 manat pul ödənilmişdir. 02 fevral 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən gürünür ki, Cavabdeh İXM-nin 327.6-cı və 327.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. 19 yanvar 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-MO-*** dövlət qeydiyyat nişanlı “QAZ 31105” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 785 manat zərər dəymişdir. 19 yanvar 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-ZM-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 900 manat zərər dəymişdir. Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, ödənilmiş sığorta məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona məlumat verilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 36.85 manat dövlət rüsumu ödəmişdir. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 10 mart 2023-cü il tarixli, 44-7/2-5219 saylı saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarxidə Bakı şəhəri, H.Əliyev prospektində “VAZ 21074” markalı, 90–ZM–091 dövlət nömrə nişanlı və “QAZ 31105 120” markalı, 10– MO–755 dövlət nömrə nişanlı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti məhdud olduğundan, qeyd olunan ərazidə quraşdırılmış müşahidə kameralarının videoçəkilişi yaddaş sisteminin arxivində qalmaması səbəbindən təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2021 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi təqsirkar «QAZ-33021» markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh iştirakı ilə müvafiq qaydada sənədləşdirilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 327.6-cı maddələri üzrə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. İlkin araşdırma zamanı təqsirkar sürücü Cavabdeh verdiyi yazılı izahatında, yol-nəqliyyat hadisəsini törətdiyini və X6nə məlumat vermədən hadisə yerindən getdiyini etiraf etmiş, eyni zamanda barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olaraq, cəriməni ödəyəcəyini bildirmişdir. Cavabdeh yazılı izahatından görünür ki, 11 yanvar 2021-ci il tarixdə, saat 10:00 radələrində yol-nəqliyyat hadisəsini törətdiyini və X6nə məlumat vermədən hadisə yerindən getdiyini etiraf etmiş, eyni zamanda barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olaraq, cəriməni ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2537 saylı ekspert rəyindən görünür ki, “Auto Box” servisin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, 90-ZM -091 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 820 manat, “Auto Box” servisin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2004-cü il buraxılışlı “QAZ 31105 120” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1165 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” Həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5.-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqsiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş yolnəqliyyat hadisəsinə görə sığortalı avtomobil “QAZ 33021” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 785 manat, “VAZ 21074” markalı, 90-ZM -091 dövlət qeydiyyat nişanlı avtomobilə görə 900 manat sığorta ödənişi edilmişdir. İnzibati xəta haqqında qərara əsasən təqsirli şəxs Cavabdehdur. Belə olan halda yaranmış ziyanla cavabdehin təqsirli hərkəti arasında səbəbli əlaqə mövcuddur. Ona görə də iddia əsaslı hesab olunmalıdır. Məhkəmə cavabdehin etiraz ərizəsinə uyğun olaraq, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə görə “Auto Box” servisin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 820 manat, “Auto Box” servisin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2004-cü il buraxılışlı “QAZ 31105 120” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1165 manat müəyyən edilmişdir. Lakin iddia tələbi üzrə “QAZ 31105 120” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 785 manat ödəniş, həmçinin ekspertiza rəyinə əsasən “VAZ 21074” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə təxminən 820 manat xərc çəkilə biləcəyini əsas götürərək, məhkəmə iddianın “QAZ 31105 120” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 785 manat, “VAZ 21074” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 820 manat, cəmi 1605 manat həddində əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, Cavabdeh 1605 manat məbləğində dəymiş ziyanın, 36.85 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1605 manat məbləğində dəymiş ziyan və 36.85 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-157/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-157/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver