Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1573/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Soliton MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddia üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Soliton MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair kiçik iddia üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən cəmi 5587 (beş min beş yüz səksən yeddi) manat və dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat tutulmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" MMC-yə Cavabdeh ümumilikdə 5663 manat borcun tutulmasını xahiş edir. Borc məbləğini nəzərə alaraq hesab edirəm ki, hazırki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə imtina edir. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. (MPM 284-4.3.) Qeyd edilənlərə əsasən belə hesab edirəm ki, iddiaçı "xxxx" MMC-yə Cavabdeh qarşı pul tələbinə dair iş üzrə borc məbləği beş min manatdan yuxarı olduğundan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan ərizənin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-yə Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia üzrə ərizənin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-1573/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1573/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver