Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1623/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 950 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 980 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırma aparılması zərurəti olduğu üçün işə iddia icraata qaydasında baxılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “VAZ 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 17:30 radələrində həmin avtomobili Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “Mercedes Benz” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Masallı RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından, Masallı Rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı X5 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan, Masallı RPŞ-nin polis kapitanı X3 xx.xx.2021-ci il tarixli, TP4520953 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, 2021-ci ilin 22 iyun tarixdə saat 17:30 dəqiqədə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Mercedes Benz E240” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən müqavilə üzrə "xxxx" ASC ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 950 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, İ-1236/21 saylı sığorta ödəniş aktına və xx.xx.2021-ci il tarixli, **********4 saylı ödəniş tapşırığına əsasən 950 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 950 manat məbləğ cavabdeh tərəfindən "xxxx" ASC-yə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli, 22/338 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, avtomobili sığortaladır və bunun üçün sığorta ödənişi etmişdir. Tələb edilən pul məbləğini sığorta şirkəti ödəməlidir. Xəstədir. Tələb edilən sığorta ödənişini ödəyə bilməyəkdir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, “VAZ 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmışdır. Masallı RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan, Masallı Rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan, Masallı RPŞ-nin polis kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP4520953 saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30 radələrində, Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən X4 məxsus “Mercedes Benz” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixli, TP4520953 saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, baş vermiş hadisə nəticəsində Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qiymətləndirilmə barədə aktdan və İ-1236/21 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" MMC tərəfindən sığorta hadisəsi qiymətləndirilərək dəymiş ziyan 950 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci iltarixli, **********4 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC X1 hesabına 950 manat pul ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən halda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6.-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkəti arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 950 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumu, cəmi 980 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1623/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1623/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver