Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1660/2025 29.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixə kimi istehlak etdiyi 614,40 manat debitor borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 644,40 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə 23 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehin borcunu tam ödədiyindən iddianın baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və mülki iş materiallarını araşıdırıb hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ilə müraciət edilən zaman Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialına ödənilmiş (Kod:200383VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı) 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardadın icrası Masallı Rayon Maliyyə şöbəsinə həvalə edilsin Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1660/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1660/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver