Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1715/2025 30.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 38022,62 (otuz səkkiz min iyirmi iki manat altmış iki qəpik) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 38022,62 (otuz səkkiz min iyirmi iki manat altmış iki qəpik) manat penya və 320 (üç yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 76365,24 (yetmiş altı min üç yüz altmış beş manat iyirmi dörd qəpik) manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək digər tələblər qalmaq şərti ilə сavabdeh Cavabdeh 31245,62 (otuz bir min iki yüz qırx beş manat altmış iki qəpik) manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Mətanət A” şirkəti ilə bağladığı 252/22 saylı, 17 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 09 oktyabr 2024-cü il tarixində QİQ üzrə və 26 fevral 2025-ci il tarixində MİQ üzrə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”-ı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 38022,62 (otuz səkkiz min iyirmi iki manat altmış iki qəpik) manat borc qalığını ödəməmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı “Mətanət A” şirkətinə 60000 (altmış min) manat borcu olmuşdur. Bu məbləğin 40000 (qırx min) manatını ödəyərək hal-hazırda 20000 (iyirmi min) manat borcu qalmışdır. Bundan əlavə, sonradan 5000 (beş min) manat dəyərində mal götürmüşdür. İddiaçı şirkətlə onun arasında hər hansı bir problem yoxdur, iddiaçı ilə gələcəkdə də, əməkdaşlığı davam etdirmək niyyətindədir. Cavabdehin son illərdə maddi vəziyyəti pisləşdiyi üçün ödənişlərdə gecikmələr baş vermişdir.
6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2022-ci il tarixli 252/22 nömrəli alqı-satqı müqavilədən görünür ki, İddiaçı - «Satıcı», Cavabdeh - «Alıcı». «Satıcı» bu müqavilənin 1.1-ci bəndinə əsasən 1.2-ci yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür; 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır; 1.3-cü bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir.
10. “17 iyul 2022-ci il tarixli 252/22 nömrəli alqı-satqı müqaviləyə əsasən “X1 üzrə” öhdəliklərin qarşılıqlı tanınması haqqında 09 oktyabr 2024-cü il tarixli 11607 nömrəli aktın surətindən görünür ki, öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən Alıcının Satıcıya olan borcu: 37445,70 manat (otuz yeddi min dörd yüz qırx beş manat yetmiş qəpik); öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən Satıcının Alıcıya olan borcu: 0 manat (sıfır manat 00 qəpik).
11. “17 iyul 2022-ci il tarixli 252/22 nömrəli alqı-satqı müqaviləyə əsasən “X2 üzrə” öhdəliklərin qarşılıqlı tanınması haqqında 26 fevral 2025-ci il tarixli 1938 nömrəli aktın surətindən görünür ki, öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən Alıcının Satıcıya olan borcu: 576,92 manat (beş yüz yetmiş altı manat doxsan iki qəpik); öhdəliklərin qarşılıqlı tanınması aktına əsasən Satıcının Alıcıya olan borcu: 0 manat (Sıfır manat 00 qəpik).
12. 26 fevral 2025-ci il tarixli iltizamın surətindən görünür ki, “borclu Cavabdeh "Mətanət A" şirkətinə ümumilikdə 38022,62 manat ( otuz səkkiz min iyirmi iki manat altmış iki qəpik) borcu var. Həmin borcu 05 aprel 2025 ci il tarixədək tam şəkildə "Mətanət A" şirkətinin hesabına ödəyəcəyimə dair tam öhdəlik götürür. Borcunu ödəmədiyi təqdirdə "Mətanət A" şirkəti tərəfindən barəsində Məhkəmə və Hüquq mühafizə orqanlarına müraciət olunmasına hər hansı bir etirazı olmayacaq. İltizam Cavabdeh sözləri ilə yazılıb, doğrudur, düzgünlüyünü imzası ilə təsdiq etmişdir.
13. İddiaçı Cavabdeh ünvanlandığı 10 aprel 2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı ilə arasında bağlanmış 17 iyul 2022-ci il tarixli 252/22 nömrəli alqı-satqı müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, 10 aprel 2025-ci il tarixinə 38022,62 manat məbləğində borcu ödəməkdən imtina etmişdir. İddiaçı tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 gün ərzində riayət olunmadığı təqdirdə, əks halda məhkəməyə müraciət olunacağı, əlavə olaraq icrası gecikdirilən öhdəliyin hər günü üçün öhdəliyin dəyərinin 0,5 % həcmində penya, məhkəmə, icra və digər xərcləri də, ödəməli olacağı bildirilmişdir.
14. 28 aprel 2025-ci il tarixli “ASAN ödəniş” sistemindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 320 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə bağladığı 252/22 saylı, 17 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş, lakin “X1 üzrə” öhdəliklərin qarşılıqlı tanınması haqqında 09 oktyabr 2024-cü il tarixli 11607 nömrəli akta əsasən 37445,70 manat, “X2 üzrə” öhdəliklərin qarşılıqlı tanınması haqqında 26 fevral 2025-ci il tarixli 1938 nömrəli akta əsasən isə 576,92 manat, cəmi 38022,62 manat borc qalığını ödəməmişdir. Cavabdeh 26 fevral 2025-ci il tarixli yazılı iltizamla İddiaçınə 38022,62 manat məbləğində borcu olduğunu qəbul etmiş və 05 aprel 2025-ci il tarixədək tam şəkildə İddiaçı hesabına ödəyəcəyi barədə öz üzərinə öhdəlik götürmüşdür. İşə məhkəmədə baxılan zaman Cavabdeh əlavə olaraq iddiaçıya ödəniş etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 31245,62 (otuz bir min iki yüz qırx beş manat altmış iki qəpik) manat borcu yaranmışdır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Göründüyü kimi, cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.
20. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.
21. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğindən əhəmiyyətli dərəcədə artıq hesablanmışdır.
22. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, 31245,62 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 38022,62 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 200 manat müəyyən edilməlidir.
23. Məhkəmə hesab edir ki, cavabdehdən 31245,62 manat məbləğində əsas borc və 200 manat məbləğində cərimə, cəmi 31445,62 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri:
25. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 320 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 31445,62 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184,34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 135,66 (yüz otuz beş manat altmış altı qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31245,62 manat məbləğində əsas borc və 200 manat məbləğində cərimə, cəmi 31445,62 manat məbləğində borc və ödənilmiş 184,34 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 135,66 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31245,62 manat məbləğində əsas borc və 200 manat məbləğində cərimə, cəmi 31445,62 (otuz bir min dörd yüz qırx beş manat altmış iki qəpik) manat məbləğində pul və ödənilmiş 184,34 (yüz səksən dörd manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 135,66 (yüz otuz beş manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov