Məhkəmə qərarları › İş №e-2(050)-1875/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1875/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1875/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - 10 fevral 2016-cı il tarixli 15311 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi. Tələb olunan məbləğ – 12 may 2025-ci il tarixə kimi 693,75 manat debitor borcu və 30 manat dövlət rüsumu, ümumilikdə 723,75 (yeddi yüz iyirmi üç manat yetmiş beş qəpik) manat pul. Sübutlar: Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəcisi arasında qazın alğısatqısı müqaviləsi, abonent saldosu, xəbərdarlıq, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 136.4 və 139.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 5.3 və 5.5-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh dan 693,75 manat debitor borc və 30 manat dövlət rüsumu, ümumilikdə 723,75 (yeddi yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı (Lənkəran RQİİ "xxxx" ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, M/H AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN990000162, İBAN: AZ90AİİB********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar