Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1889/2023 06.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək 18 iyun 2021-ci il tarixli müqaviləyə üzrə, İMEİ kodu **********68156 olan Samsung Galaxy A12 markalı telefon üçün 534,60 manat ödənilməmiş hissə, 53,40 manat cərimə, ümumilikdə 588 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh etiraz ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin ona qarşı qaldırdığı sadələşdirilmiş icraat qaydasında iddasına iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(050)-1889/2023 saylı qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə1 Masallı Rayon Məhkəməsinə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılmasını, ona əlavə edilmiş sənədlərin əslini və dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin ona əlavə edilmiş sənədlərin, ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1889/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1889/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver