Məhkəmə qərarları › İş №e-2(050)-1910/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1910/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1910/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdim: İddiaçı "xxxx" MMC-nin problemli kreditlər departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5, zəmanət+ 3 il xidməti üçün 1307.4 manat ödənilməmiş hissə, 130.74 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TCL TAC markalı kondisioner üçün, 1333.4 manat ödənilməmiş hissə, 133.34 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı paltaryuyan zəmanət+ 3 il xidməti üçün, 951.2 manat ödənilməmiş hissə, 95.12 manat cərimə ümumilikdə 3951.20 manat borcun və 59.52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrinə əsasən, PLAYSTATİON 5, zəmanət+ 3 il xidməti, TCL TAC markalı kondisioner, HOFFMANN markalı paltaryuyan, zəmanət+ 3 il xidməti almış və nəticədə 3951.2 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1677 manat (15 ay x 111.8 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, zəmanət + 3 il xidməti üçün ümumilikdə 1438.14 manat olmaqla, 1307.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 130.74 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1600.02 manat (18 ay x 88.89 manat + 0 manat ilkin ödəniş) olan TCL TAC markalı kondisioner üçün ümumilikdə 1466.74 manat olmaqla, 1333.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 133.34 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1120.1 manat (18 ay x 59.45 manat + 50 manat ilkin ödəniş) olan HOFFMANN markalı paltaryuyan, zəmanət+ 3 il xidməti üçün ümumilikdə 1046.32 manat olmaqla, 951.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 95.12 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində zəmanət+ 3 il xidmətindən imtina etmiş və məhsul 168 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 201.6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 168 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 435.52 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 iyun 2024-cü il tarixli, 02007763 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh X1 15 ay müddətinə 1677 manat dəyərində PLAYSTATİON 5, zəmanət+ 3 il xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 28 iyun 2024-cü il tarixli, 10718311 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə 1600,02 manat dəyərində TCL TAC markalı kondisioner satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 21 iyul 2024-cü il tarixli, 07261960 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə 1120,04 manat dəyərində HOFFMANN markalı paltaryuyan, zəmanət+ 3 il xidmət satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə 28 iyun 2024-cü il tarixli, 10718311 saylı müqaviləyə əsasən 1333,40 manat əsas, 133,34 manat cərimə, cəmi 1466.74 manat, 06 iyun 2024-cü il tarixli, 02007763 saylı müqaviləyə əsasən 1307,40 manat əsas, 130,74 manat cərimə, cəmi 1438.14 manat, 21 iyun 2024-cü il tarixli, 07261960 saylı müqaviləyə əsasən 951,20 manat əsas, 95,12 manat cərimə, cəmi 1046.32 borcu olmaqla ümumilikdə 3951.20 manat borcu vardır. Göründüyü kimi Cavabdeh nisyə alqı-satqı müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, 08 mart 2024-cü il tarixli, 03456996 saylı və 24 mart 2024-cü il tarixli, ******* saylı nisyə alqı-satqı müqavilələrinə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən hesab edirəm ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən nisyə aldığı əşya üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, 06 iyun 2024-cü il tarixli, 02007763 saylı müqavilə üzrə cərimə pulunun miqdarı 30 manat həddinədək, 28 iyun 2024-cü il tarixli, 10718311 saylı müqavilə üzrə cərimə pulunun miqdarı 30 manat həddinədək və 21 iyul 2024-cü il tarixli, 07261960 saylı müqavilə üzrə cərimə pulunun miqdarı 10 manat həddinədək azaldılmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, hesab edirəm ki, iddiaçı tərəfindən ödənilmiş 59.52 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh 06 iyun 2024-cü il tarixli, 02007763 saylı müqaviləyə əsasən əsas borca görə 1307,40 manat, cərimə borcuna görə 30 manat, cəmi 1337,4 manat, 28 iyun 2024-cü il tarixli, 10718311 saylı müqaviləyə əsasən əsas borca görə 1333,40 manat, cərimə borcuna görə 30 manat, cəmi 1363,4 manat, 21 iyul 2024-cü il tarixli, 07261960 saylı müqaviləyə əsasən əsas borca görə 951,20 manat, cərimə borcuna görə 10 manat, cəmi 961,2 manat və dövlət rüsumuna görə 59.52 manat olmaqla, ümumilikdə 3721 (üç min yeddi yüz iyirmi bir) manat 52 qəpik məbləğində pul alınaraq “ABC Telecom“ MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar