Məhkəmə qərarları › İş №e-2(050)-2029/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2029/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2029/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh ECK5775398 nömrəli, 24 iyul 2019-cu il tarixli müqavilə üzrə 317 manat əsas, 95 manat dəbbə pulu və ECK5775801 nömrəli, 18 avqust 2019-cu il tarixli müqavilə üzrə 1636 manat əsas, 490 manat dəbbə pulu və 46 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2584 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 24 iyul 2019-cu il və 18 avqust 2019cu il tarixlərində Cavabdeh ilə aralarında ECK5775398 nömrəli və ECK5775801 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5775398 nömrəli müqavilə üzrə 704 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50" markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. ECK5775801 nömrəli müqavilə üzrə 1756 manat dəyəri 1 ədəd “Samsung” markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı ECK5775398 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 654 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə, aylıq 109 manat olmaqla, hər ayın 23-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5775801 nömrəli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1656 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 92 manat olmaqla, hər ayın 17-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % (bir faizi) həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, müvafiq məhkəmələr tərəfindən həll edilir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişlər. İşdə olan 24 iyul 2019-cu il tarixli, ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilə əsasında 1 ədəd “Samsung Galaxay A50 SM-A505 BLACK” markalı telefon Cavabdeh verilmişdir. İşdə olan 24 iyul 2019-cu il tarixli, ******* saylı müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ay 109 manat olmaqla (ilk ay 50 manat) 6 ay müddətinə borcunu ödəməlidir. İşdə olan 18 avqust 2019-cu il tarixli, ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilə əsasında 1 ədəd “TV Led Samsung UE-79NU7300” markalı televizor Cavabdeh verilmişdir. İşdə olan 18 avqust 2019-cu il tarixli, ******* saylı müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ay 92 manat olmaqla (ilk ay 100 manat) 18 ay müddətinə borcunu ödəməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 46 manat dövlət rüsumu ödəmişdir. İşdə olan bildirişdən görünür ki, İddiaçı Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, iddia qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləğinin azaldılaraq, ******* nömrəli, 24 iyul 2019-cu il tarixli müqavilə üzrə 20 manat həddində, ******* nömrəli, 18 avqust 2019-cu il tarixli müqavilə üzrə isə 60 manat həddində cərimənin tutulmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, 24 iyul 2019-cu il və 18 avqust 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında ******* nömrəli və ******* nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ******* nömrəli müqavilə üzrə 704 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50" markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. ******* nömrəli müqavilə üzrə 1756 manat dəyəri 1 ədəd “Samsung” markalı televizor alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh ******* nömrəli, 24 iyul 2019-cu il tarixli müqavilə üzrə və ******* nömrəli, 18 avqust 2019-cu il tarixli müqavilə üzrə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ******* nömrəli, 24 iyul 2019-cu il tarixli müqavilə üzrə 317 manat əsas, 20 manat dəbbə pulu və ******* nömrəli, 18 avqust 2019-cu il tarixli müqavilə üzrə 1636 manat əsas, 60 manat dəbbə pulu və 40.33 manat dövlət rüsumu olmaqla, cəmi 2073.33 manat pulun alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar