Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-206/2023 06.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 1073.40 manat əsas borc, 161 manat cərimə, cəmi 1234.40 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 62.80 manat əsas borc, 9.40 manat cərimə, cəmi 72.20 manat, ümumilikdə hər iki müqavilə üzrə 1306.60 manat borcun və 33.07 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, aldığı “LG” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 72 manat olmaqla, cəmi 1289.40 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Apple” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla, cəmi 870.80 manat, ümumilikdə hər iki müqavilə üzrə 2160.20 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 44 manat və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 131 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 1136.20 manat borcu qaytarmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdədək iddiaçıya xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1073.40 manat əsas borc, 161 manat cərimə, cəmi 1234.40 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 62.80 manat əsas borc, 9.40 manat cərimə, cəmi 72.20 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcun ödənilməsi barədə rəsmi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “LG” markalı soyuducu verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh “Apple” markalı mobil telefon verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1073.40 manat əsas borc, 161 manat cərimə, cəmi 1234.40 manat borcu yaranmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 62.80 manat əsas borc, 9.40 manat cərimə, cəmi 72.20 manat borcu yaranmışdır. İşdə olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borc ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 33.07 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, aldığı “LG” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 72 manat olmaqla, cəmi 1289.40 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı “Apple” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla, cəmi 870.80 manat, ümumilikdə hər iki müqavilə üzrə 2160.20 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 44 manat və xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 131 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış 1136.20 manat borcu qaytarmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdədək iddiaçıya xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1073.40 manat əsas borc, 161 manat cərimə, cəmi 1234.40 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 62.80 manat əsas borc, 9.40 manat cərimə, cəmi 72.20 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-6.1. maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1073.40 manat əsas borc, 161 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 62.80 manat əsas borc, 9.40 manat cərimə, ümumilikdə 1306.60 manat borc və 33.07 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-206/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-206/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver