Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2093/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 may 2025-ci il tarixinə yaranmış 13 fevral 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 245,9 manat əsas, 36,8 manat cərimə, cəmi 282,7 manat, 24 may 2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 219,9 manat əsas, 32,9 manat cərimə, cəmi 252,8 manat, 24 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 179,9 manat əsas, 26,9 manat cərimə, cəmi 206,8 manat borc ümumilikdə hər üç müqavilə üzrə 645,7 manat əsas, 96,6 manat cərimə, cəmi 742,3 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 63 manat olmaqla, cəmi 749,9 manat, 24 may 2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı ətçəkən, aksesuar görə 18 ay ödəniş cədvəli üzrə hər ay 18 manat olmaqla, cəmi 309,9 manat, 24 may 2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı Samsung markalı mikrodalğalı sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla, cəmi 249,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 13 fevral 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 05 aprel 2025-ci il tarixdə 63 manat, 24 may 2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 05 aprel 2025-ci il tarixdə 18 manat və 24 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 05 aprel 2025-ci il tarixdə 14 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 747,3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 966 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 966 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 366 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 12 may 2025-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 13 fevral 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 245,9 manat əsas, 36,8 manat cərimə, cəmi 282,7 manat, 24 may 2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 219,9 manat əsas, 32,9 manat cərimə, cəmi 252,8 manat, 24 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 179,9 manat əsas, 26,9 manat cərimə, cəmi 206,8 manat borc ümumilikdə hər üç müqavilə üzrə 645,7 manat əsas, 96,6 manat cərimə, cəmi 742,3 manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh Zakir oğlu tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 fevral 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Cavabdeh 12 ay müddətinə, 749,9 manat dəyərində 1 ədəd “Honor” markalı mobil telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 24 may 2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Cavabdeh 18 ay müddətinə, 309,98 manat dəyərində ətçəkən, aksesuar satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 24 may 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Cavabdeh 14 ay müddətinə, 249,99 manat dəyərində Samsung markalı mikrodalğalı soba satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 245,9 manat əsas, 36,8 manat cərimə, cəmi 282,7 manat, 24 may 2024-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 219,9 manat əsas, 32,9 manat cərimə, cəmi 252,8 manat, 24 may 2024-cü il tarixli, ********* saylı müddətli alqı-satqı müqaviləsi üzrə 179,9 manat əsas, 26,9 manat cərimə, cəmi 206,8 manat, ümumilikdə 747,3 manat borcu vardır. Göründüyü kimi Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, 13 fevral 2024-cü il tarixli ********* saylı, 24 may 2024-ci il tarixli, ********* saylı və 24 may 2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrinə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən nisyə aldığı əşyalar üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 13 fevral 2024-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 245,9 manat əsas, 36,8 manat cərimə, cəmi 282,7 manat, 24 may 2024-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 219,9 manat əsas, 32,9 manat cərimə, cəmi 252,8 manat, 24 may 2024-cü il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləyə əsasən 179,9 manat əsas, 26,9 manat cərimə, cəmi 206,8 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat 30 qəpik məbləğində pul alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən” Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2093/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2093/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver