Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-218/2025 22.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 1522.18 manat ödənilməmiş hissə, 313.50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 1943.48 manat ödənilməmiş hissə, 410.40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon üçün 1250.41 manat ödənilməmiş hissə, 372.42 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon və Samsung Charger üçün 723.62 manat ödənilməmiş hissə, 216 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon, Samsung Charger üçün, 939.99 manat ödənilməmiş hissə, 306 manat cərimə, cəmi 7998 manat borcun və 99.98 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 1522.18 manat ödənilməmiş hissə, 313.50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 1943.48 manat ödənilməmiş hissə, 410.40 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon üçün 1250.41 manat ödənilməmiş hissə, 372.42 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon və Samsung Charger üçün 723.62 manat ödənilməmiş hissə, 216 manat cərimə; xx.xx.2023ci il tarixli müqaviləyə əsasən imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon, Samsung Charger üçün, 939.99 manat ödənilməmiş hissə, 306 manat cərimə, cəmi 7998 manat borcun və 99.98 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, GREE kondisioner, imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon, imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon, Samsung Charger, imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon və Samsung Charger almış və nəticədə 7998 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 1880.52 manat (18 ay x 95.14 manat + 168 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə 1835.68 manat olmaqla ondan 1522.18 manat ödənilməmiş hissə və 313.50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2058.48 manat (18 ay x 114.36 manat + 0 manat ilkin ödəniş) GREE kondisioner üçün ümumilikdə 2353.88 manat olmaqla ondan 1943.48 manat ödənilməmiş hissə və 410.40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1667.52 manat (12 ay x 144.78 manat + 0 manat ilkin ödəniş) imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon üçün ümumilikdə 1622.83 manat olmaqla ondan 1250.41 manat ödənilməmiş hissə və 372.42 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1737.36 manat (12 ay x 144.78 manat + 0 manat ilkin ödəniş) imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon və Samsung Charger üçün ümumilikdə 939.62 manat olmaqla ondan 723.62 manat ödənilməmiş hissə və 216 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2041 manat (12 ay x 170 manat + 1 manat ilkin ödəniş) imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon və Samsung Charger üçün ümumilikdə 1245.99 manat olmaqla ondan 939.99 manat ödənilməmiş hissə və 306 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3005.20 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 03285637 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 95.14 manat ödəməklə (ilkin ödəniş 168 manat) 1880.52 manat dəyərində Paltaryuyan Samsung satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 114.36 manat ödəməklə (ilkin ödəniş 0 manat) 2058.48 manat dəyərində GREE kondisioner satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 03985117 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 144.78 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1667.52 manat dəyərində imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 10773967 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 144.78 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1737.36 manat dəyərində imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon və Samsung Charger satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 10774183 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 170 manat ödəməklə (ilkin ödəniş 1 manat) 2041 manat dəyərində imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon və Samsung Charger satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 05 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi 7998 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 99.98 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, GREE kondisioner, imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon, imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon, Samsung Charger, imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon və Samsung Charger almış və nəticədə 7998 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1880.52 manat (18 ay x 95.14 manat + 168 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə 1835.68 manat olmaqla ondan 1522.18 manat ödənilməmiş hissə və 313.50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2058.48 manat (18 ay x 114.36 manat + 0 manat ilkin ödəniş) GREE kondisioner üçün ümumilikdə 2353.88 manat olmaqla ondan 1943.48 manat ödənilməmiş hissə və 410.40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1667.52 manat (12 ay x 144.78 manat + 0 manat ilkin ödəniş) imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon üçün ümumilikdə 1622.83 manat olmaqla ondan 1250.41 manat ödənilməmiş hissə və 372.42 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1737.36 manat (12 ay x 144.78 manat + 0 manat ilkin ödəniş) imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon və Samsung Charger üçün ümumilikdə 939.62 manat olmaqla ondan 723.62 manat ödənilməmiş hissə və 216 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 2041 manat (12 ay x 170 manat + 1 manat ilkin ödəniş) imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon və Samsung Charger üçün ümumilikdə 1245.99 manat olmaqla ondan 939.99 manat ödənilməmiş hissə və 306 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3005.20 manat təşkil edir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsinin cərimə tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, müqavilə bağlanan anda dəbbə pulunun miqdarının tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirildiyi barədə müqavilə şərti məhkəmə tərəfindən mübahisəyə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını istisna edə bilməz. İlk növbədə ona görə ki, tərəflər müqavilə bağlayarkən borclunun gələcək əmlak vəziyyətini qabaqcadan müəyyən edə bilməzdilər. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsi dispozitiv norma olmamaqla, onun tətbiqi müqavilə şərtindən asılı deyildir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirmir və əsaslı təsir etmir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 99.98 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung üçün 1522.18 manat ödənilməmiş hissə, 313.50 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 1943.48 manat ödənilməmiş hissə, 410.40 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kodu **********08765 Samsung Galaxy A54 markalı telefon üçün 1250.41 manat ödənilməmiş hissə, 372.42 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kod **********85749 Samsung Galaxy A73 markalı telefon və Samsung Charger üçün 723.62 manat ödənilməmiş hissə, 216 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən imei kod **********54644 Samsung Galaxy S21FE markalı telefon, Samsung Charger üçün, 939.99 manat ödənilməmiş hissə, 306 manat cərimə, cəmi 7998 manat borc və 99.98 dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-218/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-218/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver